Prezidentin sərancamı ilə nəşr edilmiş kitablar rəqəmsal yaddaş bazasına daxil edildi

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında latın qrafikası ilə nəşr olunan və MEK-də saxlanılan kitabların təqdimatı keçirildi. Mərkəzi Elmi Kitabxananın direktoru  Leyla İmanova kitabxana fondlarının unikal ədəbiyyat ilə zənginləşməsində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin rolunu vurğuladı. Direktorun sözlərinə görə Prezidentin 2004-2007-ci illərdə imzaladığı Sərəncamların icrası üçün klassik və müasir Azərbaycan ədəbiyyatı üzrə hazırlanmış siyahı bu fəaliyyətə böyük təkan verəcək. Leyla İmanova  müəllif huquqlarının qorunması şərti ilə gələcəkdə də nəşr ediləcək sənədlərin PDF variantlarının bazaya daxil olunması üçün iş aparıldığını vurğuladı.  L.İmanova MEK-in vikipedia qrupundan da bəhs edib.

MEK - dən "Olaylar" - a bildirilib ki, təqdimatçı MEK-in Fondların mühafizəsi bölməsinin rəhbəri, əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova bir əsrdə dörd dəfə əlifbanın dəyişməsinin xalqımız üçün asan başa gəlmədiyini, hər dəfə yeni əlifbaya keçərkən köhnə əlifba ilə nəşr olunan yüzlərlə dəyərli kitabın sonrakı nəsillər tərəfindən oxuna bilmədiyini, beləliklə kökündən ayrılmış ağac kimi qurumağa məhkum olduğunu bildirdi. O, 2001-ci ildə ulu öndər Heydər Əliyevin latın qrafikalı əlifbaya keçilməsi ilə bağlı sərəncamının ölkə ictimaiyyəti, xüsusilə ziyalılar tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi. Çıxışçı kitabların latın qrafikası ilə nəşr olunmasının gənc nəslin öz klassiklərini, dünya klassiklərini tanıya bilməsi, Azərbaycan ədəbiyyatının, elminin və mədəniyyətinin ən gözəl nümunələrinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətli olduğunu vurğuladı.X.İsmayılova ilkin mərhələdə Lüğət və ensiklopediyalar,  Azərbaycan xalq ədəbiyyatı, Klassik və müasir Azərbaycan ədəbiyyatı, Dünya klassik ədəbiyyatından seçmələrin siyahısının hazırlandığını, ümumi tirajı 9 milyondan artıq kitabın nəşr edilərək kitabxanalara göndərildiyini, sonrakı sərəncamlarda isə 150 cildlik dünya ədəbiyyatı kitabxanası, 100 cildlik Dünya uşaq ədəbiyyatı kitabxanası, 100 cildlik Azərbaycan  ədəbiyyatı kitabxanası seriyasından yeni nəşrlərlə ölkə kitabxanalarının fondunu zənginləşdirdiyini diqqətə çatdırdı. Qeyd edildi ki, sərəncamla nəşr olunan kitablar nəfis tərtibatda ərsəyə gəlmiş, Azərbaycanda yerləşən bütün kitabxanalara paylanması səbəbindən onların fondlarını zənginləşdirmişdir. 

"Respublika Xatirə Kitabı"nın baş redaktoru, "Yada düşdü" jurnalının təsisçisi Nəzakət Məmmədova baş redaktoru olduğu kitab haqqında məlumat verərək bu günə qədər nəşr edilən 15 cildin hamısının MEK-ə hədiyyə edəcəklərini söylədi. Onun sözlərinə görə, prezident İlham Əliyevin xalqımızın tarixinin vəmədəniyyətinin öyrənilməsinə, təbliğinə yüksək diqqət və qayğısı sayəsində bu kitab hazırlanaraq işıq üzü görüb. N.Məmmədova kitabda Azərbaycan şəhidlərinin və itgin düşmüş bütün şəxslərin siyahısının əksini tapdığını deyib. 

MEK -in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova  Aprel döyüşləri, 20 Yanvar şəhidləri, Milli Qəhrəmanlar və s. siyahıların MEK tərəfindən MRY və Vikipediaya daxil edilməsinə dair ətraflı məlumat verdi.

"Söz" jurnalının redaktoru Sevda Əlibəyli nəşr edilən kitabların keyfiyyətlərinin 100 illəri adlayacağını, poliqrafiya işlərinin ölkəmizdə getdikcə inkişafına önəm verildiyinə diqqət çəkdi.

İştirakçılar Prezident sərəncamlarına əsasən  nəşr edilmiş və MEK fondlarında qorunan kitabların yer aldığı slaydla tanış oldular.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31