Neftçalada sahibkarlara güzəştli kreditlər verilib

Sahibkarlığa Kömək Milli Fondu aprelin 13-də Neftçala Sənaye Zonasında işgüzar forum keçirib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Neftçala Sənaye Zonasında sənaye məhsullarının istehsalı və emalı ilə bağlı hazırlanan nümunəvi investisiya layihələrinin, o cümlədən çörək və şirniyyat məhsulları, plastik qablar, polietilen paketlər, corab, sabun, qablaşdırma materialı istehsalı, süd emalı, bal emalı və qablaşdırılması, meyvəqurutma müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarların təklifləri öyrənilib, maarifləndirici materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondu aprelin 13-də Neftçala Sənaye Zonasında işgüzar forum keçirib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Neftçala Sənaye Zonasında sənaye məhsullarının istehsalı və emalı ilə bağlı hazırlanan nümunəvi investisiya layihələrinin, o cümlədən çörək və şirniyyat məhsulları, plastik qablar, polietilen paketlər, corab, sabun, qablaşdırma materialı istehsalı, süd emalı, bal emalı və qablaşdırılması, meyvəqurutma müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarların təklifləri öyrənilib, maarifləndirici materiallar paylanılıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, indiyədək Neftçala rayonundan olan 240-dək sahibkara 11 milyon manatadək güzəştli kredit verilib. Bildirilib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, son illər 160-a yaxın müasir sənaye müəssisəsinin maliyyələşdirilməsinə 510 milyon manat güzəştli kredit verilib. İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 5,3 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, pambıq əkini və emalı müəssisəsinin yaradılması, heyvandarlıq, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək və bu investisiya layihələrinin reallaşdırılması 200-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31