Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə başçəkmə keçirilib
Ombudsman Aparatının əməkdaşları Fəzail Həsənov və Vüqar Heydərov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının səlahiyyətli nümayəndəsi kapitan Elşad İbrahimovla birgə bu qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsinə başçəkmə həyata keçirərək, şəxsi heyətin məişət şəraiti ilə tanış olmuş, hüquqi maarifləndirmə işi aparıblar.
13 Aprel 2017 16:23 SosialOmbudsman Aparatının əməkdaşları Fəzail Həsənov və Vüqar Heydərov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının səlahiyyətli nümayəndəsi kapitan Elşad İbrahimovla birgə bu qoşunların Quba rayonunda yerləşən "N" saylı hərbi hissəsinə başçəkmə həyata keçirərək, şəxsi heyətin məişət şəraiti ilə tanış olmuş, hüquqi maarifləndirmə işi aparıblar. Ombudsmanın mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, aparatın əməkdaşları tərəfindən hərbi hissənin bütün obyektlərinə, o cümlədən əsgər yataqxanasına, yeməkxanaya, mətbəxə, tibb məntəqəsinə, görüş yerinə, məişət otaqlarına, habelə ümumi əraziyə baxış keçirilmiş, hərbi qulluqçuların məişət şəraiti öyrənilmişdir. Hərbi qulluqçuların hüquqlarının təmin olunması vəziyyəti, rəftar, qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, həmçinin şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan iş müsbət qiymətləndirilmişdir. Ombudsman Aparatının əməkdaşları hərbi hissənin müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, o cümlədən gizir və zabit heyəti ilə keçirilən görüşdə respublikamızda Ombudsman təsisatının yaranma tarixi, səlahiyyətləri, insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində Müvəkkilin çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat vermişlər.