Özəlləşdirmə portalından 200 minə yaxın vətəndaş istifadə edib
Cari il ərzində özəlləşdirmə portalından 200 minə yaxın vətəndaş istifadə edib. Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə, ümumilkdə isə ziyarətçilərin sayı 500 minə yaxınlaşıb. Vətəndaşların iştirakında məhdudiyyətin və maneənin olmaması hərraca marağın artmasına gətirib çıxarıb.
13 Aprel 2017 16:25 SosialCari il ərzində özəlləşdirmə portalından 200 minə yaxın vətəndaş istifadə edib. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a verilən məlumata görə, ümumilkdə isə ziyarətçilərin sayı 500 minə yaxınlaşıb. Vətəndaşların iştirakında məhdudiyyətin və maneənin olmaması hərraca marağın artmasına gətirib çıxarıb. İnsanların marağını cəlb edən faktorlar bununla bitmir. Beləki, özəlləşdirmə portalının xüsusi və rahat dizayna malik olması da portala daxil olanların sayını artıran səbəblərdəndir.Ziyarətçilər investisiya müsabiqəsi bölməsinə daxil olmaqla sənaye, aqrar, inşaat, səhiyyə, telekomnikasiya, nəqliyyat və digər sahələr haqqında məlumat ala bilərlər. Məlumatda hər bir sahəyə uyğun əmlaklar, onların adı, müəssisənin fəaliyyət sahəsi, onun imkanları, rəqibləri qeyd olunub. Bu isə investor üçün bazarı öyrənmək, yaxşı gəlir əldə etmək baxımından əlverişli şərait yaradır. Eyni zamanda investorlar Azərbaycana sərmayə yatırmaq üçün mühüm imkanlara malik olduğunu "Niyə Azərbaycan" bölməsinə daxil olmaqla öyrənə bilərlər. Statistikaya görə istifadəçilərin ən çox oxuduğu və ziyarət etdiyi bölmə məhz hərraclar bölməsidir. Ölkə vətəndaşları ilə yanaşı Türkiyə, Rusiya, ABŞ, Fransadan da portalı izləyənlərin sayı kifayət qədərdir.