Bakıda erməni əsilli Marat Ueldanovun məhkəməsi başlayır

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İstintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 26-na təyin edilib.

Qeyd edək ki,  2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb: "Onun əsl soyadı Qalustyan olub. Bakıda guya o, erməni olduğuna və Ermənistana casusluq etdiyinə görə həbs edilib".   Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31