Binəqədi rayon əhalisinin 46 faizi pulsuz tibbi müayinədən keçib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci ilin fevral ayının 15-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanıb. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb edilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci ilin fevral ayının 15-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanıb. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb edilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilir. 12 aprel tarixində Binəqədi rayonu, Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında əhalinin geniş şəkildə tibbi müayinəsi təşkil edilib. Tibbi müayinə zamanı rayonun sakinləri müxtəlif tibbi müayinələrdən keçmiş və onlara göstərilən diqqətə görə

ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Məlumat üçün bildirək ki, ümumilikdə Binəqədi rayonunda 18 yaşından yuxarı 200300 nəfər sakin var. Bu günə olan məlumata görə 91965 (46%) nəfər sakin tibbi müayinədən keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31