“İslam həmrəylik və bərabərlik dinidir” adlı tədbir keçirilib

Neftçala Rayonu İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəylik və bərabərlik dinidir” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, Neftçala rayonu “Böyük Oriyat” məscidinin axundu Müslüm Qəhramanov, Neftçala rayon Gənclər və İdman idarəsinin rəis müavini Nazim Dadaşov, təhsil işçiləri və şagirdlər iştirak edib.

Neftçala Rayonu İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "İslam həmrəylik və bərabərlik dinidir" adlı tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, Neftçala rayonu "Böyük Oriyat" məscidinin axundu Müslüm Qəhramanov, Neftçala rayon Gənclər və İdman idarəsinin rəis müavini Nazim Dadaşov, təhsil işçiləri və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev DQİDK-nın ölkə miqyasında apardığı maarifləndirmənin önəmindən danışıb.

Daha sonra çıxış edən DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli bu ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsindən və bu münasibətlə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O, DQİDK-nın dini radikalizm və ekstremizmə qarşı apardığı maarifləndirmə tədbirlərinin və bu məqsədlə çəkilmiş "Fitnə" filminin önəmindən söz açıb. İslamın maraqların deyil, dəyərlərin həmrəliyi olduğunu qeyd edib.

Tədbirdə Neftçala rayonu "Böyük Oriyat" məscidinin axundu Müslüm Qəhramanov, Neftçala rayon Gənclər və İdman idarəsinin rəis müavini Nazim Dadaşov və başqaları mövzu ilə bağlı öz fikirlərini bildirərək gənclərə tövsiyələrini veriblər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31