Rahilə Dövran yazır... Azərbaycan-Türkiyə
Tükənməyən güc, qüvvət, İki dövlət, bir millət. Qazancı zəfər, şöhrət, Layiqdir hər sevgiyə Azərbaycan-Türkiyə.
13 Aprel 2017 15:39 SosialRahilə Dövran,
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
"Qızıl qələm" media mükafatı laureatı,
Tükənməyən güc, qüvvət,
İki dövlət, bir millət.
Qazancı zəfər, şöhrət,
Layiqdir hər sevgiyə
Azərbaycan-Türkiyə.
Qara dəniz, göy Xəzər,
Odu ölkələr gəzər.
Atatürk, Ulu Heydər,
Haqdan bizə hədiyyə
Azərbaycan-Türkiyə.
Sarsılmazdır dostluğu,
Ən şirin, ən xoş duyğu,
Millətin mutluluğu,
Dönüb nəğmə, türküyə
Azərbaycan-Türkiyə.
Dünya olubdur heyran,
Qovuşub Bakı-Ceyhan.
Mayak kimi Naxçıvan,
Sevinir "vüsal" deyə
Azəbaycan-Türkiyə.
MUSTAFA KAMAL PAŞA
Qarlı zirvədir başın,
Dastandır hər savaşın,
Əsgərdir qayan, daşın,
Dayanıblar baş-başa
Mustafa Kamal Paşa.
Bayrağın şəhid qanı,
Vətənin qızıl danı,
Türklərin şöhrət, şanı,
Al günəşsən yurddaşa
Mustafa Kamal Paşa.
Yurda, xalqa bağlısan,
Həm zəka, həm ağılsan.
Türkə örnək, nağılsan,
Zəfərsən başdan-başa
Mustafa Kamal Paşa.
Cihaddır türk savaşı,
Çalınsın "mehtər" marşı,
Kəsin, doğrayın nəşi,
Əlində silah qoşa
Mustafa Kamal Paşa.
HƏSRƏT KÖRPÜSÜ
Həsrətin bağrı yarıldı,
Ümüddən körpü quruldu,
Zülmün zənciri qırıldı,
Salam türklər, salam türklər.
Ömür uca pilləkəndi,
Könlümüzə nur ələndi,
Göz yaşlarım gilələndi,
Salam türklər, salam türklər.
Boğduq düşmənin selini,
Qurduq dostluq heykəlini,
Kəsdik fələyin əlini,
Salam türklər, salam türklər.
Müqəddəsdir iki rəhbər,
Süleyman bəy, Ulu Heydər,
Qanlı döyüşdə müzəffər,
Salam türklər, salam türklər.
Alqışlayaq biz İlhami,
Türk elinin ehtişamı,
Qalxın söyləyin-Siz hamı:
Salam türklər, salam türklər.
Ağrı dağ
Ey türk torpağının qüdrət simvolu,
Varlığın düşməni əzir, ağrıdır.
Zirvəndən başlanır kəhkəşan yolu,
Yurdun qeyrətisən adın Ağrıdır.
Sıldırım qayalar nəhəngdən nəhəng,
İgid babaların başda börküdür.
Mərd oğlun, mərd qızın qəzəbli pələng,
Qartal avazları mahnı, türküdür.
Köksündə neçə min düyünlü sirr var,
Laçınlar, şahinlər qıyya çəkərlər.
Parlayan ulduzlar qəndil, çıraqlar,
Buludlar çiçəyi şehə bükərlər.
Haçadağ bir ömür qəmini çəkdi,
Külək gətirərdi sənə xəbəri.
Qardaşsız qəlbinə qaranlıq çökdü,
Səndən böyük idi onun kədəri.
Sənə qovuşalı bilmirəm nədən,
Türkün zəfərinə ellər əl çalır.
Sevincdən yatmıram gecə sübhəcən,
Zirvən ucaldıqca düşmən alçalır.
Ağrı, Haçadağa sarılıb deyə,
Dövranam, zamanı alqışlayıram.
Həsrət buxovları qırılıb deyə
Tarixin səhvini bağışlayıram.
Türküm deyənə
Daşın, torpağın ulu,
Tarixin zəfər dolu.
Yolun Oğuz, Hun yolu,
Türk adlı millətin var.
Təkbir, duan dilində,
Doğuldun at belində.
Akınların selində,
Danılmaz qüvvətin var.
Oxudun "Mehtər marşı",
Silkələdin dağ, daşı.
Qazandın hər savaşı,
Yenilməz qüdrətin var.
Inancın Quran, azan,
Həm qəhrəman, həm ozan.
Qılıncla tarix yazan,
Müqəddəs Hicrətin var.
Yaraşır hər təntənə,
"...Mutlü türküm deyəmə!"
Dövran valehdir sənə-
Dünyaca şöhrətin var.