Deputat da leş ətindən danışdı
Millət vəkili Fazil Mustafa qeyd edib ki, bu məsələdə bəlkə də ən az suçu olan satıcılardır. Əsas sifarişçilərin və istehsalçıların aşkara çıxarılmasıdır: “Bu məsələdə bütün ictimaiyyət polis əməkdaşılarına köməklik göstərməlidirlər. Ölkədə yayğınlaşan sağalmaz xəstəliklərin bir səbəbini də burada axtarmaq lazımdır.
13 Aprel 2017 15:01 Sosial"Ölkədə yayğınlaşan sağalmaz xəstəliklərin bir səbəbini də burada axtarmaq lazımdır"

Millət vəkili Fazil Mustafa qeyd edib ki, bu məsələdə bəlkə də ən az suçu olan satıcılardır. Əsas sifarişçilərin və istehsalçıların aşkara çıxarılmasıdır: "Bu məsələdə bütün ictimaiyyət polis əməkdaşılarına köməklik göstərməlidirlər. Ölkədə yayğınlaşan sağalmaz xəstəliklərin bir səbəbini də burada axtarmaq lazımdır. Bu adamlara qarşı hansı tədbirlər görülməsini müəyyənləşdirməkdə hələ də çətinlik çəkirəm. Çində, Koreyada bilinən hansısa ictimai cəza növü varmı? Məsələn, həbsə göndərməzdən öncə bu işdə cinayət əməli sübuta yetirilmiş sifarişçi, istehsalçı və satıcılara leş formasında olan it, at və ya eşşək ətini yedirdib televiziyadan canlı yayınla vermək olmazmı? Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, 70 ton bu cür ət məhsulu ötən il dövriyyədən çıxarılıb. Bəs çıxarılmayan hələ gör nə qədər yoxlanmamış qida məhsulu var? İndi durub çağırış etsən ki, ay camaat dönər yeməyin, toylarda, restoranlarda lüləkababa əlinizi vurmayın, mənşəyi bəlli olmayan su və spirtli içkiləri içməyin, hər yerdən üstünə töküləcəklər ki, niyə biznesimizi öldürürsünüz? Bəs sizlər kimlərinsə himayəsinə arxayın olaraq bu xalqı leş ətləri ilə açıq-aşkar öldürürsünüz, o zaman hansı yol tapaq ki, özbaşınalığın qarşısını alaq?