“Forsaj 8” filminin press-nümayişi

Park Cinema IMAX kinoteatrında media nümayəndələri, bloggerlər, kinorejissorlar və digər məşhur simlaların iştirakı ilə “Forsaj 8” filminin press-nümayişi baş tutdu. Tədbir Castrol şirkətinin dəstəyi ilə keçirilib. Park Cinemadan “Olaylar” – a bildirilib ki, Forsaj 8 – Forsaj 3-dən sonra 30 noyabr 2013-cü il tarixində Forsaj 7 filminin çəkilişləri zamanı avtomobil qəzasında vəfat etmiş Pol Uokerin iştirak etmədiyi ilk filmdir.

Park Cinema IMAX kinoteatrında media nümayəndələri, bloggerlər, kinorejissorlar və digər məşhur simlaların iştirakı ilə "Forsaj 8" filminin press-nümayişi baş tutdu. Tədbir Castrol şirkətinin dəstəyi ilə keçirilib. Park Cinemadan "Olaylar" - a bildirilib ki, Forsaj 8 - Forsaj 3-dən sonra 30 noyabr 2013-cü il tarixində Forsaj 7 filminin çəkilişləri zamanı avtomobil qəzasında vəfat etmiş Pol Uokerin iştirak etmədiyi ilk filmdir.

Filmin çəkilişlərinə hazırlıq Forsaj 7-ninin nümayişindən dərhal sonra başlamışdı.. Filmin premyerası Berlində apel ayının 4-də baş tutmuş, ABŞ-da filmin geniş ekranda nümayişi aprel ayının 14 - də  gözlənilir, Azərbaycanda - 13 aprel 2D və 3D formatlarında və yalnız Park Cinema Flame Towers-də IMAX 3D formatında  nümayiş olundu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31