Savçenkonun maşın ilə adam vurdular - Deputat da avtomobildə olub 

Ukrayna Ali Radasının deputatı, Milli qəhrəman Nadejda Savçenkonun içərində olduğu avtomobil Kiyevdə adam vurub. 

Ukrayna Ali Radasının deputatı, Milli qəhrəman Nadejda Savçenkonun içərində olduğu avtomobil Kiyevdə adam vurub. Hadisəni əks etdirən foto "VKontakte" sosial şəbəkəsində yayılıb. Hadisə bu gün Teodor Drayzer küçəsində, səhər saatlarında baş verib. "Bizim hörmətli, Savçenko, daha doğrusu avtomobili nənəni vurub", - deyə postun altında yazılıb. Şahidlər bildiriblər ki, N.Savçenko vurulan yaşlı qadına yaxınlaşaraq ona kömək etmək istəyib. Hadisə yerinə polis və təcili yardım əməkdaşları gəlib. Təqaüdçü qadının ayağının burxulduğu, müayinə üçün xəstəxanaya aparıldığı bildirilir. Virtualz.org

Savçenkonun maşın ilə adam vurdular - Deputat da avtomobildə olub - FOTO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31