Heyvanların qanunsuz ovlanması və satılmasına qarşı növbəti reydlər

“Ovçuluq haqqında” və “Heyvanat aləminin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən qurumlarının əməkdaşları tərəfindən respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması istiqamətində növbəti reydlər keçirilib.

"Ovçuluq haqqında" və "Heyvanat aləminin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən qurumlarının əməkdaşları tərəfindən respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması istiqamətində növbəti reydlər keçirilib.

Nazirlikdən "Olaylar" - a bildirilib ki, reydlər zamanı Ağstafa rayonu "Yaşıl Göl" istirahət mərkəzində 1 qonur ayının, Xaçmaz rayonu "Çənlibel" istirahət mərkəzində 2 dağıstan turunun və Füzuli rayonu "Qarabağ" istirahət mərkəzində 2 qonur ayının və 3 ceyranın qanunsuz olaraq təbiətdən götürülərək qeyri - sərbəst şəraitdə qəfəslərdə saxlanıldığı aşkar edilib. Faktlar üzrə sözügedən istirahət mərkəzlərinin sahibləri barəsində prokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat cərimə edilib, "Yaşıl Göl" və "Çənlibel" istirahət mərkəzlərindəki heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.  "Qarabağ" istirahət mərkəzindəki heyvanların isə götürülərək Mərkəzə təhvil verilməsi üçün hazırda zəruri tədbirlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31