Bu həftə Musiqili Teatrda
Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq. Teatrın mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, 14, 15, 16 aprel tarixlərində saat 12.00 və 19.00-da “Fransızsayağı qarnir”, “Yağış göbələyinin macərası”, “Arşın mal alan” , A. Sadıqovun səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar”, “Bankir adaxlı” tamaşaları təqdim ediləcək.
13 Aprel 2017 14:29 MədəniyyətMusiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq. Teatrın mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, 14, 15, 16 aprel tarixlərində saat 12.00 və 19.00-da "Fransızsayağı qarnir", "Yağış göbələyinin macərası", "Arşın mal alan" , A. Sadıqovun səhnələşdirdiyi "Yatmış gözəl və cırtdanlar", "Bankir adaxlı" tamaşaları təqdim ediləcək.
Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 14 aprel tarixində saat 19.00-da M. Kamolettinin "Fransızsayağı qarnir" əsəri böyüklər, 15 aprel tarixində saat 12.00-da R. Şəfəq, V. Ziminin "Yağış göbələyinin macərası" nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin Ş. Peronun "Yatmış gözəl və cırtdanlar" əsəri 16 aprel tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.