Qafqazda vəziyyət mürəkkəbdir

Son vaxtlar Rusiya ilə Azərbaycan arasında bir sıra məsələlərdə anlaşılmazlıq meydana gəlir desək yanılmarıq. Bəzi Rusiya rəsmilərinin mütəmadi olaraq səsləndirdikləri və Azərbaycanın maraqlarına zidd olan açıqlamaları hər nə qədər Moskva-Bakı münasibətlərinə kölgə salmağa, ölkələr arasında ciddi problemin meydana gəlməsinə hesablansa da, lakin hər iki dövlətin siyasi rəhbərliyinin ortaya qoyduğu mövqe və qarşılıqlı anlaşma mühiti Rusiya-Azərbaycan əlaqələrinin korlanmasına yönəlik cəhdləri uğursuzluğa düçar olur.

Qarabağda növbəti eskalasiya, Şimali Qafqazda yeni münaqişənin alovlanmasına zəmin ola bilər

Son vaxtlar Rusiya ilə Azərbaycan arasında bir sıra məsələlərdə anlaşılmazlıq meydana gəlir desək yanılmarıq. Bəzi Rusiya rəsmilərinin mütəmadi olaraq səsləndirdikləri və Azərbaycanın maraqlarına zidd olan açıqlamaları hər nə qədər Moskva-Bakı münasibətlərinə kölgə salmağa, ölkələr arasında ciddi problemin meydana gəlməsinə hesablansa da, lakin hər iki dövlətin siyasi rəhbərliyinin ortaya qoyduğu mövqe və qarşılıqlı anlaşma mühiti Rusiya-Azərbaycan əlaqələrinin korlanmasına yönəlik cəhdləri uğursuzluğa düçar olur. Bir növ təxribat xarakteri daşıyan bu kimi səylərə bu günlərdə biri də əlavə olunub. Belə ki, Azərbaycanın ən güclü və böyük diaspor təşkilatlarından sayılan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi məsələsi gündəmə gəlib. Məlum olduğu kimi şimal qonşumuzun Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı məhkəməyə müraciət edib. Düzdür, məsələ ilə bağlı məhkəmə prosesi təxirə salınsa da, lakin Azərbaycana təzyiq cəhdlərinin davamlı olacağı istisna edilmir. Bəs görəsən bu kimi təzyiq vasitələri nəyə hesablanıb? Cənubi Qafqaz Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya son aylarda Azərbaycana qarşı müəyyən təzyiq rıçaqlardan istifadə etməkdədir:"Bura, Azərbaycandan Rusiyaya göndərilən tərəvəz məhsullarının sərhəddə ləngidilməsi, Dağıstanda Azərbaycanlı sürücülərə qarşı hücumlar, Xəzər dənizində Rusiya hərbi donanmasının təlimlərini aid etmək olar. Həmçinin Rusiyada böyük diasporumuz olan Ümumrusiya Azərbaycanlıları Konqresinə qarşı məhkəmə predmeti irəli sürməkdədir. Bu iki ölkə arasında böyük siyasi soyuqlaşma deməkdir". Politoloqun sözlərinə görə, bu kimi təzyiqlərdən istifadə etməklə, Rusiyanın Azərbaycandan istədikləri var. Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanın TAP və TANAP-ın tikintisində qərarlı olması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası, rəsmi Bakının Brüssellə (Avropa İttifaqı) ilə danışıqlara başlaması Rusiyanı narahat edən məqamlardandı: "Rusiya İtaliyada TAP qarşı etiraz aksiyalarının təşkilatçısıdır. TAP Rusiyanın Cənub Qaz xəttinə qarşı əsas alternativdi. Vurğulamaq lazımdır ki, Kreml maksimum dərəcədə Azərbaycanı öz Avrasiya Ittifaqına və Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatına qoşmağa çalışır. Təbii ki, Azərbaycanın istədiyi ilkin şərt olaraq Dağlıq Qarabağ və ətraf rayonların boşaldılması üçün Rusiyanın Ermənistana təzyiq etməsidir. Bundan sonra, Azərbaycan bu kimi, məsələlərə baxa bilər. Qeyd edim ki, bu fikirləri Elmar Məmmədyarov da səsləndirmişdi. Ötən il Sergey Lavrovla görüşdə bunun mümkünlüyü müzakirə olunmuşdu". Politoloq deyib ki, hazırda Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində bütün danışıqları Ermənistana təzyiq edərək, dondurulmuş vəziyyətdə saxlayır: "Ermənistan Rusiyanın iradəsi olmadan danışıqlardan kənarlaşa bilməzdi. Bu günlərdə Rusiya prezidenti Vladimir Putin baş kəşfiyyatçı Nikolay Patruşevi Azərbaycana mühüm danışıqlar aparmaq üçün göndərib. Patruşevin səfərində təhlükəsizlik məsələləri və Suriya problemlərinin müzakirəsi

deyilsədə, qeyd edim ki, xüsusi ilə Azərbaycan Rusiya əlaqələri, MDB məkanı və Qarabağ problemi əsas danışıqlar predmeti olub. Suriya və beynəlxalq məsələlər bu və ya digər şəkildə Rusiya -Azərbaycan danışıqları mövzusu deyil. Çünki iki ölkə arasında soyuq küləklər əsir. Son aylarda Azərbaycan ordusu cəbhə xəttində işğalçı qüvvələrə sarsıdıcı zərbələr vurmaqdadır. Bu, Rusiyanı ciddi narahat edir. Patruşev Azərbaycanı danışıqlar aparmaq vədi ilə erməniləri bu kimi təzyiqlərdən qoruyur. Qeyd edim ki, Şimali Qafqazda da vəziyyət mürəkkəbdir. Qarabağda növbəti eskalasiya, Şimali Qafqazda yeni münaqişənin alovlanmasına zəmin ola bilər. Buda görünür Rusiyanı ciddi əndişələndirir. Qeyd edim ki, Qarabağ danışıqlarında növbəti raund başlanılması ola bilər. Hazırda bu gözlənilir, çünki Nikolay Patruşevin apardığı danışıqlarda Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycana yeni təkliflər var. Rusiya bu təklifləri Xarici İşlər Nazirliyi səviyyəsində deyil, artıq təzyiq kimi baş kəşfiyyatçısının dili ilə deyir". Politoloq onu da diqqətə çatdırıb ki, Patruşev Ermənistanla sıx münasibətlərə malikdir, tez-tez Yerevanda səfərdə olur: "Vladimir Putin məhz Baş kəşfiyyatçısı vasitəsilə Ermənistanı nəzarətində saxlayır. Görünür bu səfərdə çox ciddi şəkildə müzakirə olunacaq məsələlər ətrafında geniş fikir ayrılığı da olub".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31