Şagirdlər siqaretin zərəri barədə məlumatlandırılacaq

Azərbaycan təhsil müəssisələrində tədris proqramlarına tütündən (siqaretdən) istifadənin zərərli  ilə bağlı mövzular salınacaq. Bu məsələ  “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.

Azərbaycan təhsil müəssisələrində tədris proqramlarına tütündən (siqaretdən) istifadənin zərərli  ilə bağlı mövzular salınacaq. Bu məsələ  "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində əksini tapıb. Belə ki,qanun layihəsinin 12-ci maddəsinə əsasən, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla tədris proqramlarına tütün istifadəsinin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə mövzular daxil etməlidir. Maddədə o da göstərilir ki, səhiyyə, təhsil, mədəniyyət və idman sahələri üzrə müvafiq icra hakimiyyəti orqanları kütləvi informasiya vasitələrində tütün istifadəsinin zərərli təsiri barədə davamlı olaraq təbliğat aparılması üçün müvafiq tədbirlər həyata keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31