"Peterburq terrorçusu" barədə YENİ FAKT: Türkiyədən deportasiya edilmişdi

Rusiyanın Sankt Peterburq şəhərində metroda terror aktı törətmiş Qırğızıstan əsilli Əkbərcan Cəlilov 2016-cı ildə Türkiyə hüdudlarından kənara çıxarılmışdı.

Rusiyanın Sankt Peterburq şəhərində metroda terror aktı törətmiş Qırğızıstan əsilli Əkbərcan Cəlilov 2016-cı ildə Türkiyə hüdudlarından kənara çıxarılmışdı. 22 yaşlı terrorçu-intiharçı 2015-ci ilin noyabrında Türkiyəyə turist vizası ilə gəlib. Lakin viza ilə bağlı qaydaları pozduğu üçün 2016-cı ilin dekabrında deportasiya edilib. Onun 120 gün ərzində Türkiyəyə girişinə qadağa qoyulduğu bildirilir.

Xatırladaq ki, aprelin 3-də Sankt Peterburqda metro qatarında törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olub. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31