Gündəm
Polisə "işə düzəldən" qadın məhkəmə zalında həbs edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məhparə Kazımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Türkiyədə "seçki qutularına hücum"a qarşı əməliyyat: İŞİD-çilər tutuldular
İŞİD terror qruplaşmasının Türkiyədə aprelin 16-da keçiriləcək referendumda bütün seçki qutularının ələ keçirilməsi ilə bağlı çağırışından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyata başlayıblar.
İrəvanda etiraz aksiyası: "Sarkisyan üzr istəməlidir"
Ermənistanın paytaxtı İrəvanda dinc vəziyyətdə öldürülən, lakin cinayətlərin üstü açılmayan əsgələrin anaları etiraz aksiyası keçiriblər.
Azərbaycan iqtisadiyatı neftdən asılı olmadan inkişaf edir
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-qitisadi yekunları və qarşıda duran vəzifələrə dair iclasında səsləndirilən fikirlər, xüsusilə dövlət başçısının çıxışından məlum oldu ki, 2017-ci ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Və bu inkişaf tendensiyası davam etməkdədir.
Keçən ilin əvvəlindən başlanan yeni islahatlar
Son illərin iqtisadi göstəriciləri və bu sahədə həyata keçirilən uğurlu tədbirlər Azərbaycan istehsalı olam mal və məhsulların sayının artması, onların daxili bazarın tələbatını ödəməkdə oynadığı mühüm rol, eləcə də bu prosesin bir qədər də genişləndirilməsidir.
Aqrar sektora dövlət qayğısı onun dinamik inkişafına yol açır
2015-ci ildən dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi hər bir ölkədə olduğu kimi Azərbaycanda da qeyri-neft sektorunun inkişafına diqqəti daha da artırmış oldu. Etiraf etmək lazımdır ki, ötən müddət ərzində bu istiqamətdə kifayət qədər məqsədyönlü addımlar atılıb.
Vətənpərvərlik gərək insanın, canında, qanında olsun
Azərbaycanın xarici ölkələrdə tanıdılması, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində xaricdə yaşayan soydaşlarımızın gördükləri işlər danılmazdır. Etiraf edilməlidir ki, bu işdə əcnəbi ölkələrdə yaradılan icmaların, diaspora təşkilatlarının rolu, onların təmsilçilərinin yaşadıqları ölkələrin ictimai-siyasi həyatındakı fəallığı böyük əhəmiyyət daşıyır. Belələrindən biri də Qırğızıstanda Azərbaycanı ləyaqətlə təmsil edən qeyrətli eloğlumuz, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti Nüsrət Məmmədovdur.
Ölkənin ictimai-siyasi sferasında yeni siyasi yeniliklərə ehtiyac var
Cənubi Qafqaz Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə artıq siyasi yöndə də fəaliyyət göstərəcək.
Türkiyə nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub
Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ziyarət zamanı ali hərbi məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə məktəbin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı brifinq təqdim edilib. Nümayəndə heyəti ali hərbi təhsil müəssisəsinin hərbi dəniz fakültəsindəki tədris vəsaiti, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqla da yaxından tanış olub.
CNN: ABŞ kəşfiyyatı suriyalı hərbçilərin kimyəvi hücuma hazırlıqla bağlı danışıqlarını ələ keçirib
ABŞ kəşfiyyatı İdlibə kimyəvi silah hücumuna hazırlığı müzakirə edən suriyalı hərbçilərin və kimyəvi silah mütəxəssislərinin telefon danışıqlarını ələ keçirib. Bu barədə CNN Donald Tramp administrasiyasının yüksək vəzifəli məmuruna istinadən xəbər yayıb. Bildirilir ki, həmin danışıqların detallarına əsasən İdlibə olan hücumun bütün məsuliyyətinin Suriyaprezidenti Bəşər Əsədin üzərinə düşməsinə heç bir şübhə qalmır.
Tramp: "Dollar çox güclənib, FES uçot dərəcəsini endirməlidir"
"ABŞ dolları həddən artıq güclənməkdədir və bu proses nəticə etibarilə iqtisadiyyatımıza ciddi zərər verə bilər". Bunu "Wall Street Journal" nəşrinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.
İslam sivilizasiyasının təbliği ilə bağlı layihə icra edilib
"Jurnalist Araşdırmalar Mərkəzi” İctimai birliyinin “İslam sivilizasiyasının mediada təbliği” mövzusunda növbəti tədbiri aprelin 12-də İsmayıllıda reallaşıb. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə RİH-nin əməkdaşları, bələdiyyə üzvləri, QHT nümayəndələri, jurnalistlər, din xadimləri, İsmayıllı Humanitar Texnologiya Kollecinin və Peşə Tədris Mərkəzinin tələbə və müəllim heyəti iştirak ediblər.
Müsəlman hakim qadının cəsədi tapıldı
Ötən gecə Nyu – York və Nyu Cersi vilayətləri arasında yerləşən Hudson gölündə qadın cəsədi aşkarlanıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, aşkarlanan cəsəd ABŞ – da ilk müsəlman hakim qadın olan 65 yaşındakı Sheila Abdus Salaam məxsusdu. Xanım hakim 1991 – ci ildə ABŞ – da ilk müsəlman hakim qadın kimi fəsliyyət göstərirdi. Nyu –York polisi hakimin ölüm səbəbini araşdırıldığını bildirib.
“İçəri Şəhər” Los-Ancelesdə film festivalında
İlqar Safatın “İçəri Şəhər” bədii filmi ABŞ-ın Cənub-Şərqi Avropa Film Festivalına dəvət alıb. 27 aprel - 4 may tarixlərində Los-Ancelesdə keçirələcək festivalda “İçəri Şəhər”in ssenari müəlifi və baş rolun ifaçısı Təhminə Rafaella filmi təqdim edəcək. Festivalın əsas müsabiqə proqramında nümayiş olunacaq film “Ən yaxşı bədii film”, “Ən yaxşı operator işi” və “Tamaşaçı rəğbəti” mükafatlarına nominantdı.
Bilik Fondunun yaratdığı dram dərnəyinin üzvləri “Yuğ” teatrında
Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Pedaqoji Universitetin nəzdindəki Pedaqoji Kollecdə dram dərnəyinin fəaliyyətinə start verib. Dərnəyin artıq 20 üzvü var. Mədəniyyət və İncəsənət Universitetinin dosenti Məmməd Səfa tələbələrin ifasında Ə.B.Haqverdiyevin “Yeyərsən qaz ətini, bilərsən ləzzətini” adlı əsəri əsasında tamaşa hazırlayır. Fonddan “Olaylar” – a bildirilir ki, Fond dərnək üzvlərini “Yuğ” teatrında bədii rəhbərləri Məmməd Səfanın da iştirak etdiyi "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanmış "Boy" tamaşasına dəvət edib.














