Türkiyədə "seçki qutularına hücum"a qarşı əməliyyat: İŞİD-çilər tutuldular
İŞİD terror qruplaşmasının Türkiyədə aprelin 16-da keçiriləcək referendumda bütün seçki qutularının ələ keçirilməsi ilə bağlı çağırışından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyata başlayıblar.
13 Aprel 2017 14:09 DünyaİŞİD terror qruplaşmasının Türkiyədə aprelin 16-da keçiriləcək referendumda bütün seçki qutularının ələ keçirilməsi ilə bağlı çağırışından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyata başlayıblar. Əməliyyat zamanı Mersində 9, Kırıkkaledə isə 5 nəfər saxlanılıb. Bundan başqa, Adanada İŞİD və "əl-Qaidə"yə üzv olmaqda şübhəli bilinən 10 nəfər tutulub.
Şübhəlilərin evlərində aparılan yoxlamalar nəticəsində İŞİD-ə aid olan sənədlər, terror təşkilatının bayrağı, kompüter və silah aşkarlanıb. Əməliyyat davam edir. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31