Bilik Fondunun yaratdığı dram dərnəyinin üzvləri “Yuğ” teatrında
Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Pedaqoji Universitetin nəzdindəki Pedaqoji Kollecdə dram dərnəyinin fəaliyyətinə start verib. Dərnəyin artıq 20 üzvü var. Mədəniyyət və İncəsənət Universitetinin dosenti Məmməd Səfa tələbələrin ifasında Ə.B.Haqverdiyevin “Yeyərsən qaz ətini, bilərsən ləzzətini” adlı əsəri əsasında tamaşa hazırlayır. Fonddan “Olaylar” – a bildirilir ki, Fond dərnək üzvlərini “Yuğ” teatrında bədii rəhbərləri Məmməd Səfanın da iştirak etdiyi "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanmış "Boy" tamaşasına dəvət edib.
13 Aprel 2017 13:27 MədəniyyətBilik Fondunun "Mədəni maarifləndirmə" proqramı çərçivəsində Pedaqoji Universitetin nəzdindəki Pedaqoji Kollecdə dram dərnəyinin fəaliyyətinə start verib. Dərnəyin artıq 20 üzvü var. Mədəniyyət və İncəsənət Universitetinin dosenti Məmməd Səfa tələbələrin ifasında Ə.B.Haqverdiyevin "Yeyərsən qaz ətini, bilərsən ləzzətini" adlı əsəri əsasında tamaşa hazırlayır. Fonddan "Olaylar" - a bildirilir ki, Fond dərnək üzvlərini "Yuğ" teatrında bədii rəhbərləri Məmməd Səfanın da iştirak etdiyi "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanmış "Boy" tamaşasına dəvət edib.
"Boy" tamaşasının quruluşçu rejissoru Tərlan Əngin, quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissoru Ər Toğrul, musiqi tərtibatçısı Mələk Vəlizadədir.
Tamaşada rolları Əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Atacan, Könül Cəfərzadə, Amid Qasım, Vüqar Hacı və Elgün Həmid ifa edirlər.