İslam sivilizasiyasının təbliği ilə bağlı layihə icra edilib
"Jurnalist Araşdırmalar Mərkəzi” İctimai birliyinin “İslam sivilizasiyasının mediada təbliği” mövzusunda növbəti tədbiri aprelin 12-də İsmayıllıda reallaşıb. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə RİH-nin əməkdaşları, bələdiyyə üzvləri, QHT nümayəndələri, jurnalistlər, din xadimləri, İsmayıllı Humanitar Texnologiya Kollecinin və Peşə Tədris Mərkəzinin tələbə və müəllim heyəti iştirak ediblər.
13 Aprel 2017 13:28 Sosial"Jurnalist Araşdırmalar Mərkəzi" İctimai birliyinin "İslam sivilizasiyasının mediada təbliği" mövzusunda növbəti tədbiri aprelin 12-də İsmayıllıda reallaşıb. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə RİH-nin əməkdaşları, bələdiyyə üzvləri, QHT nümayəndələri, jurnalistlər, din xadimləri, İsmayıllı Humanitar Texnologiya Kollecinin və Peşə Tədris Mərkəzinin tələbə və müəllim heyəti iştirak ediblər. Təqdim olunan mövzu ilə bağlı "Jurnalist Araşdırmalar Mərkəzi" İB-nin sədri Seymur Verdizadə, "Türkiyə Universitetləri Məzunları" İB-nin sədri Çingiz Bayramov, jurnalistlər Səbinə Novruzzadə, Teyyub Mirqasımov, DQİDK-nin Şamaxı bölgəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Elnur Mehdiyev, "Qadınlar Cəmiyyətin İnkişafı Naminə" İB-nin sədri Şirinbəyim Atayeva çıxış edərək Azərbaycanda mövcud olan tolerant mühit, multikultural dəyərlər, ölkəmizdə hökm sürən sağlam mənəvi mühit, din sahəsində ölkə rəhbərinin apardığı uğurlu siyasət, "İslam Həmrəyliyi İli" ilə bağlı görüləcək işlər və qarşıda duran vəzifələr barədə tədbirə toplaşanlara ətraflı məlumat veriblər.