Gündəm
İslam Həmrəyliyi Oyunları üçün 90 təcili yardım briqadası ayrılıb
Mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında əhaliyə lazımi tibbi xidmət göstərmək üçün təcili yardım briqadaları hazır vəziyyətə gətirilib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, beynəlxalq tədbir zamanı tibbi yardımın təşkili üçün 90 təcili yardım briqadası ayrılıb.
AzTU Avropanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
Alman Akademik Mübadilə Xidmətinin (DAAD) «Şərq əməkdaşlığı» proqramı çərçivəsində maşınqayırma sahəsi üzrə universitetlərarası əməkdaşlıq və koopersiya yaradılması haqqında 2010-cu ildə bağlanmış müqavilənin şərtlərinə görə qarşılıqlı akademik səfərlər və informasiya mübadiləsi həyata keçirilir.
Keçmiş respublika rəhbəri həbs edildi
Rusiyada keçmiş respublika başçısı həbs edilib. Mari El respublikasının keçmiş başçısı Leonid Markelov külli-miqdarda rüşvət almada ittiham olunur. Markelov bir həftə əvvəl vəzifəsindən azad edilmişdi.
Dolu düşəcək - XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
"Məscidlə bağlı gərginlik məqsədli şəkildə yaradılır"
“Məscidlə bağlı gərginlik yaradanlar məqsədli şəkildə məsələyə dini-siyasi çalar verərək dindarlar arasında dövlətə münasibətdə narazılıq yaratmağa çalışırlar”. Bunu siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.
"Dövlətimiz dini məsələlərdə vətəndaşın yanındadır"
“Təkcə Bakı şəhərində 134-dən artıq məscid var. Bu onun sübutudur ki, Azərbaycanda kiminsə ilahi qüvvəyə sitayişinə qətiyyən məhdudiyyətlər yoxdur. Əksinə dövlət bu proseslərdə vətəndaşın yanındadır. Din dövlətdən ayrı olsa da, dövlət dinsiz deyil, əksinə bu illər ərzində dindar insanların ən yaxşı tərəfdaşı müttəfiqi, himayədarı kimi çıxış edir”. Bunu Milli Məclisin deputatı Zahid Oruc deyib.
Oliver Kan geridə qaldı, artıq yeni rekordçu var
Filip Lam "Bavariya"nın yeni rekordçusu olub. Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Real" qarşısında matça start heyətində başlayan və 90 dəqiqə meydanda olan müdafiəçi münhenlilərin heyətində 104-cü dəfə ÇL görüşünə çıxıb. O, bu göstərici ilə əfsanəvi Oliver Kanı geridə qoyub. Üçüncü yerdə isə 89 oyunla Bastian Şvaynştayger qərarlaşıb.
Messi "Barselona"nın məşqinə çıxmayıb
İspaniyanın "Barselona" klubunun futbolçuları Lionel Messi və Neymar Çempionlar Liqasının ilk ¼ final matçında "Yuventus"a məğlubiyyətin (0:3) növbəti günü komandanın məşqinə çıxmayıblar.
Ronaldudan növbəti rekord - VİDEO
"Real Madrid"ın futbolçusu Kriştianu Ronaldu növbəti rekorda imza atıb. Portuqaliyalı hücumçu bunu Çempionlar Liqasının 1/4 finalının "Bavariya" ilə ilk oyununda gerçəkləşdirib.
“Mançester Yunayted” Belçika səfərində, “Beşiktaş” “Lion”a qarşı
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək. Baş tutacaq 4 oyun Bakı vaxtı ilə saat 23:05-də start götürəcək. Avrokuboklarda Türkiyənin yeganə təmsilçisi olan "Beşiktaş" "Lion"la qarşılaşacaq. Fransada baş tutacaq oyunda "qara qartal"ın hədəfi ikinci oyun üçün vətənə sərfəli nəticə ilə dönməkdi.
Mağazalarda siqaret almaq istəyən yeniyetmələrdən şəxsiyyət vəsiqəsi tələb olunacaq
Azərbaycanda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının (siqaret) satışı, yetkinlik yaşına çatmayanların tütün ticarətinə cəlb edilməsi qadağan edilir, bütün satış məntəqələrində tütün məmulatlarının satışı zamanı yaş həddinin müəyyənləşdirilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunacaq.
Acun İlıcalı məhkəməni uduzdu
TV8-in rəhbəri Acun İlıcalı "O səs Türkiyə" və "Yetenek sizsiniz" kimi yarışmalarda mahnıların icazəsiz istifadəsinə görə məhkəməyə verilib.
Futbolçu narkotikə görə saxlanıldı
Meksikalı futbolçu Daniel Qomes ABŞ sərhədində saxlanılıb. Qomes aprelin 5-də San-Diyeqo şəhərinə gedən yolda narkotik maddə daşınmasına görə həbs olunub. Onun idarə etdiyi avtomobilin korpusu və ehtiyat təkərində 21 kq-dan çox metamfetamin aşkarlanıb.
Moskvanın addımlığında quş qripi aşkar edildi
Rusiyanın Moskva vilayətində quş qripinin mənbəyi aşkar edilib. Uşakovo kəndində ölən quşların birində qrip virusunun izləri tapılıb. Bununla əlaqədar olaraq bölgədə dezinfeksiya işləri aparılıb. Virusa yoluxduğu ehtimal olunan 15 toyuq və 10 ördək məhv edilib. 500-ə yaxın yumurta analizlər üçün laboratoriyaya göndərilib.
"International Policy Digest": Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadiyyatına mənfi təsir göstərir
Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycanın iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərib. Bunu analitik Fuad Şahbazov “International Policy Digest” jurnalında dərc olunan məqaləsində yazıb.














