Ronaldudan növbəti rekord - VİDEO

"Real Madrid"ın futbolçusu Kriştianu Ronaldu növbəti rekorda imza atıb. Portuqaliyalı hücumçu bunu Çempionlar Liqasının 1/4 finalının "Bavariya" ilə ilk oyununda gerçəkləşdirib.

"Real Madrid"ın futbolçusu Kriştianu Ronaldu növbəti rekorda imza atıb. Portuqaliyalı hücumçu bunu Çempionlar Liqasının 1/4 finalının "Bavariya" ilə ilk oyununda gerçəkləşdirib. Belə ki, 32 yaşlı hücumçu görüşdə dubl edərək avrokuboklardakı qol sayını 100-ə çatdırıb. Bunu isə hələ ki, heç kim bacarmayıb. 98 dəfə ÇL-də fərqlənən Kriştianu 2 dəfə UEFA superkubokunda qol vurub.

Qeyd edək ki, Ronaldu ÇL-də son qolunu ötən ilin sentyabrında Dortmund "Borussiya"sına vurmuşdu. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31