AzTU Avropanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
Alman Akademik Mübadilə Xidmətinin (DAAD) «Şərq əməkdaşlığı» proqramı çərçivəsində maşınqayırma sahəsi üzrə universitetlərarası əməkdaşlıq və koopersiya yaradılması haqqında 2010-cu ildə bağlanmış müqavilənin şərtlərinə görə qarşılıqlı akademik səfərlər və informasiya mübadiləsi həyata keçirilir.
13 Aprel 2017 13:15 SosialAlman Akademik Mübadilə Xidmətinin (DAAD) "Şərq əməkdaşlığı" proqramı çərçivəsində maşınqayırma sahəsi üzrə universitetlərarası əməkdaşlıq və koopersiya yaradılması haqqında 2010-cu ildə bağlanmış müqavilənin şərtlərinə görə qarşılıqlı akademik səfərlər və informasiya mübadiləsi həyata keçirilir. Bu proqram çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşı Fariz Əmirov Almaniyanın Brandenburq Texniki Universitetində (BTU Cottbus-Senftenberg) və Çexiyanın Liberek Texniki Universitetində (LTU) olub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, səfər zamanı Fariz Əmirov Almaniyanın Brandenburq TU-nin maşınqayırma istiqaməti üzrə rəhbəri S.Simon, Çexiyanın Liberek TU-nin maşınqayırma fakültəsinin dekanı, prof. P.Lenfeld və beynəlxalq əlaqələr üzrə dekan müavini, prof. K.Frana ilə gələcək əməkdaşlıq sahəsində bir sıra müzakirələr aparıb. Müzakirələrdə Liberek TU ilə Avropa Birliyinin Ersmus+ proqramı, həmçinin "Enerji təminatı və enerji effektivliyi" (NESEFF) Beynəlxalq Şəbəkəsi çərçivəsində gələcək əməkdaşlıq sahəsində böyük perspektivlərin olması xüsusilə vurğulanıb.