Gündəm
İrəvan Tiflis qarşısında Qarabağ şərti qoydu
Tiflis maraqlıdır ki, Qarabağ münaqişəsi gərginləşmə istiqamətində inkişaf etməsin. Bu barədə Gürcüstanda yaşayan erməni politoloq, Siyasi və Hüquqi Tədqiqatlar Mərkəzinin rəhbəri Conni Melikyan bildirib. Gürcüstan xarici işlər naziri Mixail Canelidze ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın aprelin 11-də İrəvanda keçirdikləri görüşü şərh edən Conni Melikyan vurğulayıb ki, Gürcüstanın Dağlıq Qarabağ məsələsinə münasibəti Ermənistanın Abxaziya və Cənubi Osetiya məsələlərində münasibətindən asılıdır.
İslam Həmrəylik Oyunları ilə bağlı aviasiya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib
Prezident İlham Əliyevin “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” və “2017 Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” sərəncamlarından irəli gələrək Dövlət Miqrasiya Xidməti tərəfindən bu günə qədər nəzərdə tutulan işlər yerinə yetirilib.
Gürcüstanla mədəniyyət və turizm əlaqələri müzakirə olunub
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, nazir iki ölkə arasında mədəniyyət və turizm əlaqələrinin yüksək səviyyədə olduğunu deyib, son illərdə mədəniyyət sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və müştərək layihələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Növbəti imtahanların VAXTI və YERİ AÇIQLANDI
DİM aprelin 16-da ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, o cümlədən, eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən və ya üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanının 1-ci mərhələsində iştirak edə bilməyən şəxslər üçün imtahanlar keçirəcəkdir.
1100 il əvvələ aid qadın cəsədi tapıldı - Ayağında "Adidas" ayaqqabısı var - FOTO
Monqolustan dağlarından 1100 il əvvələ aid olduğu təxmin edilən çürümüş qadın cəsədi tapılıb.
İstirahət mərkəzində yaralanan fəhlələrin son durumu
Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun nəticəsində xəsarət alaraq xəstəxanalara yerləşdirilən yaralıların müalicəsi davam edir. Səhiyyə Nazirliyindən report-a verilən məlumata görə, hadisə zamanı 1 saylı Kliniki Tibbi Mərkəzə 4 nəfər qəbul edilib: "Onlardan birinə ambulator yardım göstərilərək evə buraxılıb. Hazırda müxtəlif travmalar alan üç nəfərin müalicəsi davam edir. Zərərçəkənlərə bütün zəruri yardım göstərilir. Zərərçəkənlərdən heç birinin ölüm təhlükəsi yoxdur".
Lavrov: "Rusiya Suriyada nə Bəşər Əsədə, nə də başqa birinə üstünlük verir"
Rusiya Suriyada nə prezident Bəşər Əsədə, nə də başqa birinə üstünlük verir. Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ABŞ dövlət katibi Reks Tillersonla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Zabrat-Kürdəxanı yolunu su basıb
Bakı şəhərinin və Abşeron rayonunun bəzi ərazilərindəki sürüşmə sahələrində nisbi aktivlik müşahidə edilir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Yeni savaş astanasında: raketlər qapını döyür
ABŞ prezidenti Donald Tramp Çin lideri Si Szinpinə müraciət edərək bildirib ki, Şimali Koreya rəhbərliyinin nəzərinə çatdırsın: "Birləşmiş Ştatlar ylanız aviadaşıyıcı gəmilərə yox, atom sualtı qayıqlarına da malikdir".
Leyla Şıxlinskayanın 100 min dollarlıq iddiası ləğv olundu
"Leyla Şıxlinskaya" klinikasının rəhbəri, xalq artisti Leyla Şıxlinskaya ilə iş adamı Coşqun Mirzəyev arasındakı 100 min dollarlıq məhkəmə çəkişməsi yekunlaşıb.
Terrorçuları maliyələşdirən İlyas Xəlilov öldürüldü
Ötən gecə Dağıstanın Kumtorqala rayonundakı Tyube qəsəbəsinin yaxınlığındakı Federal avtomobil trasında terrorçular məhv ediliblər. Zərərsizləşdirilmiş silahlılar arasında silahlı qruplaşmanın rəhbəri İlyas Xəlilovun da olduğu bildirilir.
“Çölçü” Hindistanda “Ən yaxşı bədii film” mükafatını aldı
Şamil Əliyevin “Çölçü” filmi Hindistanda keçirilən Kəlküttə Kult Beynəlxalq Film Festivalının mart ayı üzrə “Ən yaxşı bədii film” mükafatına layiq görülüb. Kinostudiyadan “Olaylar” – a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2012-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rrəssamları Rafiq Nəsirov və İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Vidadi Həsənov, Salome Demuria, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və digərləri canlandırırlar.
Atatürk Liseyində təqdimat keçirilib
Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin rəhbərliyinin dəvəti ilə, Alpaqut döyüş sənətinin müəllifi Kutsan Vasif Namazov və yeniyetmələrdən ibarət alpaqut qrupu ilə liseyin tələbələri ilə görüş baş tutub. “OLAYLAR”-ın xəbərinə görə, Kutsan Vasif Namazov liseyin tələbələrinə hərb sənəti, döyüş mədəniyyəti olan alpaqut barədə geniş məlumat verərək,gənclərə vətənpərvərlik ruhunu aşılayan söhbətlər aparıb. Daha sonra yeniyetmə alpaqutçular tərəfindən alpaqut üzrə müxtəlif fəndlər nümayiş etdirilib.
Son bir həftədə 543 nəfər saxlanıldı
Türkiyə Daxili İşlər nazirliyi son bir həftə ərzində PKK və İŞİD terror qruplaşmasına qarşı apardığı əməliyyatları açıqlayıb. “Olaylar” “SadeceHaber” - ə istinadən bildirir ki, təhlükəsizlik qüvvələrinin apardığı əməliyyat zamanı 543 nəfər şübhəli qismində saxlanılıb. Türkiyənin 21 bölgəsində PKK terror qruplaşmasına qarşı aparılan əməliyyat nəticəsində 412 nəfər, 13 bölgədə İŞİD terror qruplaşmasına qarşı aparılan əməliyyat zamanı isə 131 nəfər şübhəli qismində saxlanılıb.
Təcrübəçilərə sertifikatlar verildi
Bilik Fondunda təcrübə keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə serifikatlar təqdim olunub. Fonddan “Olaylar” – a bildirilib ki, təcrübə müddətlərini uğurla başa vuran tələbələrlə görüşən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov onlara tövsiyələr verərək, elmli, vətənpərvər, işgüzar insan olmaq üçün daim səylə çalışmağın üstünlüklərindən danışıb. Tələbələr təcrübə müddətində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.














