İslam Həmrəylik Oyunları ilə bağlı aviasiya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Prezident İlham Əliyevin “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” və “2017 Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” sərəncamlarından irəli gələrək Dövlət Miqrasiya Xidməti tərəfindən bu günə qədər nəzərdə tutulan işlər yerinə yetirilib.

Prezident İlham Əliyevin "IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" və "2017 Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında" sərəncamlarından irəli gələrək Dövlət Miqrasiya Xidməti tərəfindən bu günə qədər nəzərdə tutulan işlər yerinə yetirilib. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, DMX-nin aparatında ölkəmizə uçuşlar həyata keçirən aviasiya şirkətləri nümayəndələri ilə görüş keçirilib. Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev hər iki tədbirin əhəmiyyətini diqqətə çatdırıb. IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikaya gəlməsi qaydalarının və 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə bağlı viza prosedurlarının sadələşdirilməsinə dair izahedici söhbət aparılıb və onlara məlumatlandırma xarakterli müvafiq məktublar təqdim olunub. Həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatına və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına məlumatlandırma xarakterli məktublar hazırlanaraq göndərilib və onlar tərəfindən verilən suallar ətraflı cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31