İstirahət mərkəzində yaralanan fəhlələrin son durumu

Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun nəticəsində xəsarət alaraq xəstəxanalara yerləşdirilən yaralıların müalicəsi davam edir. Səhiyyə Nazirliyindən report-a verilən məlumata görə, hadisə zamanı 1 saylı Kliniki Tibbi Mərkəzə 4 nəfər qəbul edilib: "Onlardan birinə ambulator yardım göstərilərək evə buraxılıb. Hazırda müxtəlif travmalar alan üç nəfərin müalicəsi davam edir. Zərərçəkənlərə bütün zəruri yardım göstərilir. Zərərçəkənlərdən heç birinin ölüm təhlükəsi yoxdur".

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilən yaralının da müalicəsi davam edir.

Qeyd edək ki, hadisə ötən gün "Green City" yaşayış-istirahət kompleksinin həyətində qeydə alınıb. Burada tikilməkdə olan iaşə obyekti uçub. Nəticədə orada işləyən şəxslərdən azı 2 nəfəri ölüb, 4 nəfəri xəsarət alıb.

***

Dünən Şıx qəsəbəsində, "Green City" istirahət mərkəzində baş verən uçqun zamanı xəsarət alan şəxslərin durumu stabildir. Kliniki Tibbi Mərkəzdən lent.az-a verilən məlumata görə, yaralılardanƏmir Mehdiyev və Tofiq Hüseynov travmatologiya şöbəsinə yerləşdirilib. T. Hüseynova bədənin həm aşağı, həm də yuxarı ətraf sınıqları, Ə.Mehdiyevə isə yalnız aşağı ətraf sınıqları diaqnozu qoyulub və hər iki yaralı üçün də əməliyyat planlaşdırılır. Digər xəsarət alan Orucov Ayaz Bayram oğlu neyrotravma şöbəsində müalicəsini davam etdirir. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31