Gündəm

Nümayədə heyətimizin Avropa Parlamentində görüşləri başa çatdı

13 Aprel 2017 11:58

Avropa Parlamentinin dəvəti ilə 9 aprel tarixindən Belçikada işgüzar səfərdə olan Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti səfərin sonuncu günündə də bir sıra görüşlər keçirmiş və müzakirələr aparmışdır. Görüşlərdə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradoviştirak etmişlər.

Saatlıda daha bir avtomobil yolunun yenidən qurulmasına başlanılıb  

13 Aprel 2017 11:56

“Azəravtoyol” ASC texnoloji ardıcıllığa riayət etməklə, tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə Saatlı rayonu, Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun yenidən qurulması işlərinə start verib.

Ermənilər 115 dəfə atəşkəsi pozub

13 Aprel 2017 11:55

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

FETÖ işi ilə əlaqədar həbs olunmuş AXCP üzvünün məhkəməsi başlayıb

13 Aprel 2017 11:52

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Azərbaycan-Rusiya sərhədi ilə bağlı müzakirələr başladı

13 Aprel 2017 11:31

Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti 4-cü iclası öz işinə başlayıb.

Prezident İlham Əliyev Vitali Kliçkonu qəbul edib

13 Aprel 2017 11:29

Prezidenti İlham Əliyev aprelin 13-də Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonu qəbul edib. 

Beyninə qan sızan müğənninin xanımının son halı ürək dağladı

13 Aprel 2017 11:26

Məşhur müğənni İbrahim Erkalın dünən beyninə qan sızdığı və əməliyyat olunduğu haqda məlumat vermişdik. Həkimlərin 72 saat vaxt qoyduqları Erkalın başına gələnlər hər kəsi üzüb.

Ramil Usubov həkimi rəis təyin etdi

13 Aprel 2017 11:25

Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikası DİN-nin Arif Heydərov adına Respublika Hospitalına rəis təyin edilməsi ilə bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hospitalın Müalicə işləri üzrə rəis müavini, tibb xidməti polkovnik-leytenantı Babaxanov İsbi sözügedən vəzifəyə təyin olunub. Məlumat üçün bildirək ki, 1999-cu ildən bu hospitalda çalışır.

Beren və Kənanın yeni avtomobili - 250 minlik

13 Aprel 2017 11:21

Aktyor Kənan Doğulu və xanımı Beren Saat ötən gün Etiler istiqamətində görüntüləniblər. Bir məkanda şam yeməyi yedikdən sonra cütlük yeni aldıqları "BMW X1" markalı avtomobillərinə əyləşiblər. Şən əhval-ruhiyyədə olan cütlük kameralara da əl edib. 

"Şimali Koreya nüvə proqramını inkişaf etdirir"

13 Aprel 2017 11:19

Şimali Koreya aşkar surətdə nüvə proqramını inkişaf etdirir. Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano NHK telekanalına müsahibəsində bəyan edib. "Yon Bon nüvə obyektində uranın zənginləşdirilməsi məqsədi ilə tikililərin sayı iki dəfə artıb. Ətraf ərazilərdə yardımçı binaların inşası davam etdirilir", - Y.Amano qeyd edib.

"Azərbaycanda din azadlığı tam təmin olunur"

13 Aprel 2017 11:18

Azərbaycanda din azadlığı tam təmin olunur, insanlar sərbəst şəkildə məscidlərə gedib ibadət edirlər. Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib. B.Sadıqov bildirib ki, müstəqillik dövrünə qədər Azərbaycanda 20-ə qədər məscid fəaliyyət göstərib: "İndi Azərbaycanda 2 mindən çox məscid var. Azərbaycanda çoxlu sayda dini məbədlər tikilib, təmir olunub, ən qədim məscidlərimiz təmir olunub".

Rusiya Suriya üzrə qətnaməsinin qəbul edilməsinə imkan verməyib

13 Aprel 2017 11:16

Veto hüququndan istifadə edən Rusiya BMT TŞ-nin Suriya üzrə qətnaməsinin qəbul edilməsinə imkan verməyib. Qətnamə layihəsi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən təqdim edilib.

Etiraf: "AB Komissiyasının planı uğursuz olub"

13 Aprel 2017 11:14

AB Komissiyasının sayları sürətlə artan və Yunanıstan və İtaliya üçün böyük yük təşkil edən qaçqınların kvota üsulu ilə üzv ölkələr arasında paylaşılması planı uğursuz olub.

“Lokal müharibənin olması istisna deyil”

13 Aprel 2017 11:13

“Erməni müxalif düşərgənin təcrübəli siyasətçiləri özləri də etiraf edirlər ki, keçirilən saxta seçkilərdən sonra Ermənistanı çətin sınaqlar gözləyir. Vəziyyət də onu göstərir ki, düşmən ölkənin siyasi elitası cəmiyyəti hərbi vəziyyətə hazırlayır”. Bunu politoloq İlqar Vəlizadə deyib.

Ziyafət Əsgərov: "Ermənistan perspektivi olmayan bir qurumdur, dövlət də deyil"

13 Aprel 2017 11:12

"Ermənistan tupikə dirənmiş, perspektivi olmayan bir qurumdur, dövlət də deyil. Ermənistanın dediklərinin heç bir əhəmiyyəti yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.