Lavrov: "Rusiya Suriyada nə Bəşər Əsədə, nə də başqa birinə üstünlük verir"
Rusiya Suriyada nə prezident Bəşər Əsədə, nə də başqa birinə üstünlük verir. Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ABŞ dövlət katibi Reks Tillersonla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
13 Aprel 2017 12:19 DünyaRusiya Suriyada nə prezident Bəşər Əsədə, nə də başqa birinə üstünlük verir. Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ABŞ dövlət katibi Reks Tillersonla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnaməsində göstərildiyi kimi, bütün suriyalılar eyni masa arxasında oturmalı və danışmalıdırlar. "Bu suriyalılararası inklüziv dialoq olmalıdır", - rusiyalı nazir bildirib. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31