Gündəm

Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş tədbir keçirilib

25 Aprel 2017 18:35

Nəsimi rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş “İnsanlara nur bəxş edən alim” tədbir keçirilmişdir. Aprelin 28-də görkəmli oftalmoloq alim, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi tamam olur.

ADU-nun tələbəsi Günel Məlikova: “Yaponiyada məşhur azərbaycanlı iş qadını kimi tanınacağıma inanıram”

25 Aprel 2017 18:32

“Mənə görə uğur qazanmaq inanmağa bərabərdir”. Bu sözlərin müəllifi təhsilini davam etdirmək üçün “Gündoğan ölkə”yə-Yaponiyaya gedən Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisasının III kurs tələbəsi Günel Məlikovadır. 14 fevral 1997-ci ildə Bakı şəhərində anadan olmuş G.Məlikova ADU-nun Yaponşünaslıq ixtisasını seçməsinin səbəbini uşaqlıq çağlarından Yaponiyaya olan marağı və gələcək həyatında nə isə yaxşı hadisələrin olacağını duyması ilə əlaqələndirir.

Respublika fənn olimpiadalarının qalibləri məlum olub

25 Aprel 2017 18:32

21-23 aprel 2017-ci il tarixlərində Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirıliyinə istinadən verdiyi xəıbərə görə, IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 242 qalib müəyyən edilib. Belə ki, 43 nəfər şagird qızıl, 82 nəfər gümüş, 117 nəfər isə bürünc medala layiq görülüb.

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin daha da gücləndirilməsi gündəmdədir

25 Aprel 2017 18:30

Azərbaycan Dəmir Yolları” QSC-də Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR” -a daxil olan məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

"Məni zorlamaq istəyirdi" - Gecə vaxtı 19 yaşlı qıza yeraltı keçiddə hücum

25 Aprel 2017 18:30

İstanbulda gecə vaxtı avtobusdan düşən 19 yaşlı H.D.-nı zorlamağa çalışıblar. Qaçmağa çalışan təcavüzkarın arxasınca düşən H.D. ətrfadakılardan onu tutmaq üçün kömək istəyib. Ətrafdakıların tutub polisə təhvil verdiyi təcavüzkarın 37 yaşlı Suriya əsilli Rami R. olduğu məlum olub. O, prokurorluğun həbs tələbiylə məhkəməyə çıxarılıb. İttihamları qəbul etməyən Rami R. H.D.-yə başqa birinin hücum etdiyini iddia edib. "Bıçaq çəkən adam məndən də telefonumu istəyər deyə qaçdım" , - deyib.

İribuynuzlu heyvanların kütləvi tələfatı barədə yayılan məlumatlara aydınlıq gətirilib

25 Aprel 2017 18:29

İsmayıllı rayonunun Qubaxəlilli kəndində iribuynuzlu heyvanların kütləvi tələfatı barədə yayılmış məlumatların heç bir əsası yoxdur.

Məşhur aparıcı canlı yayımda infarkt keçirdi -

25 Aprel 2017 18:25

Türkiyənin məşhur kişi aparıcısı Yalçın Çakır canlı yayımda infarkt keçirib. "Beyaz TV"-də yayımlanan "Yalçın Abi" adlı verlişlə tamaşaçıların qarşısın açıxan Yalçın Çakırın səhhəti canlı yayımda qəfil pisləşib.

QHT rəhbərləri prezidentə müraciət etdi

25 Aprel 2017 18:24

Yüzlərlə QHT rəhbəri  bankların göstərdiyi xidmətlərin məhdudlaşdırılması ilə əlaqədar prezidentə müraciət ünvanlayıb. Belə ki, son günlər banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubuna istinad etməklə, qanunvericiliyə əsasən qeyri-hökumət təşkilatlarına göstərməli olduqları bank xidmətlərinin əhatə dairəsini məhdudlaşdırıblar. Nəticədə ölkədə dövlət tərəfindən maliyyələşdirilən yüzlərlə qeyri-hökumət təşkilatlarının ictimai əhəmiyyətli layihələrinin icrasında qeyri-müəyyənliklər meydana gəlib.

Bakıda küçə ticarətinə qarşı REYD

25 Aprel 2017 18:09

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti paytaxt ərazisində qanunsuz küçə ticarətinə qarşı reydlərə başlayıb.

İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyəti müzakirə edilib

25 Aprel 2017 17:56

Aprelin 25-də Göyçay rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə,  tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov, Cavid Səfərov, dini icmaların sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəmiryolçuların Həmkarlar İttifaqı Respublika Komitəsinin  XXIII hesabat-seçki Konfransı keçirilib

25 Aprel 2017 17:55

Aprelin 25-də Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) XXIII hesabat-seçki Konfransı keçirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR” -a daxil olan məlumata görə, MHRİK-in sədri Fəzail Bağırov “Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) 2012-ci ilin aprel ayından 2017-ci ilin aprel ayına qədər olan dövr üçün hesabat” məruzəsi ilə çıxış edib. Bildirib ki, hörmətli Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni və ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb.

Paytaxtın 2 rayonunda müəllim və valideynlərin qəbulu keçiriləcək

25 Aprel 2017 17:53

Aprelin 28-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. “OLAYLAR” -ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək

25 Aprel 2017 17:52

28-29 aprel tarixlərində Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasının 25-ci ildönümü qeyd edilib

25 Aprel 2017 17:51

Müdafiə Nazirliyinin rəhbər heyəti Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasının 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə iştirak edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəərə görə, Hospitalın yaranma tarixindən, keçdiyi uğurlu və şərəfli inkişaf yolundan danışan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev ölkəmizin ilk hərbi səhiyyə ocağının inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz xidmətlərinin olduğunu deyib. 

Lənkəranda İslam Həmrəyliyi mövzusunda tədbir keçirilib

25 Aprel 2017 17:50

Lənkəran rayonu Cil kənd “Hüseyniyyə” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Lənkəran rayonu Şağlaser kəndində  tədbir keçirilib.