Gündəm

Tanınmış müğənninin yaşamaq şansı qalmayıb

25 Aprel 2017 19:47

Bir müddət öncə xəstəxanaya yerləşdirilən İbrahim Erkalın səhhəti barəsində xəbər var.  Həkimlərin açıqlamasına görə, müğənninin vəziyyəti ağırdır və yaşamaq şansı qalmayıb. Xəstəxanadan bildirilib ki, hazırda güclü həkim nəzarətində olan İ.Erkalın beyninə qan sızmasının qarşısı alınsa da, şiş hələ də qalır.

“LinkedIn” sosial şəbəkəsinin auditoriyası yarım milyarda çatıb

25 Aprel 2017 19:43

“LinkedIn” – işgüzar əlaqələrin qurulması üçün sosial şəbəkə bu günlərdə yeni uğurunu bölüşüb: onun auditoriyası 500 milyon qeydiyyatdan keçmiş istifadəçidən ibarətdir. Rəsmi məlumatlara görə, indi “LinkedIn” sosial şəbəkəsində 10 milyondan çox vakansiya, 9 milyon şirkətə giriş mövcuddur, hər həftə şəbəkədə 100 mindən çox məqalə dərc edilir.

İnnovativ virtual reallıq kamerası nümayiş olunub

25 Aprel 2017 19:38

“Google” Çinin “Yi Technology” şirkətinin iştirakı ilə 360 dərəcəlik və virtual reallıq videosunun çəkilişi üçün yeni kamera hazırlayıb. “Yi Halo” tərkibinə stereoskopik videonu “8K” təsvir ölçüsündə saniyədə 30 kadr və ya “5.8K” formatında saniyədə 60 kadr sürətində çəkən 17 kameranın daxil olduğu qurğudur.   

Facebook-da tanış olduğu qızı blokda zorladı: Şəkillərini çəkdi

25 Aprel 2017 19:33

Türkiyənin Kayseri şəhərində qız tanışını zorlayan şübhəliyə hökm oxunub.  Sosial şəbəkədə tanış olduğu qızla, bir neçə dəfə cinsi əlaqədə olduğu iddia edilən 19 yaşl Ərtoğrul Yanık 8 il 4 ay həbs cəzasına məhkum edilib.

Bu da "ağıllı yastıq"... -

25 Aprel 2017 19:30

ABŞ-ın "Mode Modern" dizayn studiyası "ağıllı yastıq" istehsal edib.  Yataq otağını işıqlandırmaq üçün lampa, zəngli saat və fitnes-trekerini özündə birləşdirən smart-yastıq "Sunrise Smart Pillow" adlanır.

Cənubi Koreyada dünyada ilk dəfə metro üçün “LTE” şəbəkəsi istifadəyə verilib

25 Aprel 2017 19:25

Cənubi Koreyanın ikinci böyük şəhəri olan Pusan şəhərində yerləşən metroda “Samsung Electronics” şirkəti tərəfindən “LTE-Railway” (LTE-R) adlı yüksəksürətli simsiz şəbəkə istifadəyə verilib.

Kibercinayətkarlar mesaj və vacib məlumatların mübadiləsində hansı proqramlara üstünlük verirlər?

25 Aprel 2017 19:20

“Flashpoint” şirkətinin yeni hesabatına əsasən, hakerlər mesaj və vacib məlumatların mübadiləsində ən çox “Skype”, “Jabber” və “ICQ” proqram təminatından istifadə edirlər.

Bu keyfiyyətləriniz yoxdursa, deməli QADIN DEYİLSİZ: 4 VACİB ELEMENT

25 Aprel 2017 19:15

Bəzən çox gözəl, zərif, baxımlı qadın görür, onun görünüşündən zövq alırıq. Amma biləndə ki, artıq bəlli yaşda olan bu qadın təkdir, ailəsi yoxdur, bu, insanı təəccübləndirir. Dərhal sual yaranır ki, belə gözəl, baxımlı qadın niyə tək olsun? Əlbəttə tale, qəzavü-qədərin də barmağını heçə saymaq olmaz. Amma danılmaz faktdır ki, qadın öz xoşbəxtliyini özü qurur, şəxsiyyətini özü təsdiqləyir. Yəni dünyaya dişi olaraq gəlmək hələ qadın olmaq demək deyil.

"İçerde" serialının bitəcəyi vaxt bəlli oldu

25 Aprel 2017 19:10

Böyük kütlə tərəfindən sevilən "İçerde" serialının bu mövsüm bitəcəyi dəqiqləşib. Bensu Soralın serialdan ayrılmasından sonra artıq final tarixi də açıqlanıb.

Alimlərdən MARAQLI TƏCRÜBƏ: itlə insanı...

25 Aprel 2017 19:05

İtlər insanların fikrini oxuya bilir: nəinki dilə gətirdiyi, hətta beynindən keçən düşüncələri də oxuyur.

Monteneqroda avtobus dayanacağında PARTLAYIŞ

25 Aprel 2017 19:00

Monteneqronun Herseq-Novi kurort şəhərində partlayış baş verib. Avtobus dayanacağının yanında avtomobilə yerləşdirilmiş bomba partlayıb. Nəticədə avtomobilin sürücüsü ağır yaralanıb. Yerli mətbuat əvvəlcə itkilər barədə məlumat versə də, Monteneqro Daxili İşlər Nazirliyi bu məlumat təsdiqləməyib.

Naxçıvan tarixindən bəhs edən nəşrlərin təqdimatı keçirilib

25 Aprel 2017 18:55

AMEA Naxçıvan Bölməsində “Naxçıvanın tarixi abidələri” və “Kültəpədə arxeoloji qazıntılar (2013-2016)” adlı kitabların təqdimatı keçirilib. 

ADU-da Əziz Əliyevin xatirəsi anılıb

25 Aprel 2017 18:50

Aprelin 25-də Azərbaycan Dillər  Universitetində (ADU) Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin  təşkilatçılığı ilə  “Əziz Əliyev Azərbaycanın görkəmli ictimai-siyasi xadimi kimi” mövzusunda dəyirmi masa keçirilib.

Terrorun yeni təzahürü: dünyaya yayılma təhlükəsinin bir sıra aspektləri

25 Aprel 2017 18:49

İŞİD müxtəlif ölkələrdə yenə terror hadisələri törədib. Bu prosesin davam edəcəyini bəyanlayıb. Mütəxəssislər bütövlükdə təhlükəli bir tendensiyanın meydana gəldiyindən bəhs edirlər. Söhbət terrorun sadəcə geniş məkana yayılmasından deyil, qrupların yeni təşkilatlanma formasına keçə biləcəyindən gedir. Bu da faktiki olaraq qlobal təhlükəsizlik sisteminin formalaşmasına ciddi əngəlin meydana gəlməsi deməkdir.

ADU-da Çin dili günü qeyd edilib

25 Aprel 2017 18:45

Aprelin 25-də Azərbaycan Dillər Universitetində (ADU) Çin dili gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirin açılışında ənənəvi olaraq Çin dilində dərsliklər, lüğətlər, Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində fəaliyyətlərinə həsr olunan kitabların sərgisi keçirilib.