İsraildə seçkilərdə heç bir partiya tələb olunan 61 mandat qazana bilmədi-Özəl

"İsraildə keçirilən parlament seçkilərində sağ mərkəzçi və sol partiyalar arasında mübarizə getdi. Aparıcı siyasi qüvvələrdən biri olan hakim B. Netanyahunun Likud partiyası 120 yerlik Knessetdə hökuməti təkbaşına formalaşdırmaq üçün tələb olunan 61 mandatı qazana bilmədi. Əsas müxalifət partiyası Sabiq Baş Qərargah rəisi Azyenkontun Yaşar partiyası da hökumət qurmaq üçün lazımi çoxluğu təmin edə bilməyiblər". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Belə bir vəziyyət koalisiya danışıqlarını gündəmə gətirir. Yaşar partiyasınin lideri Azyenkont və Aviqdor Liberman və digər müxalifət liderləri Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətdə iştirak etmək istəmirlər və onun hakimiyyətdən getməsini tələb edirlər.
Digər tərəfdən, Knessetdə əhəmiyyətli 18  mandat əldə edən ərəb partiyalarının mövqeyi də hökumətin formalaşdırılması prosesində mühüm rol oynaya bilər. Ərəb siyasi qüvvələrinin liderləri digər partiyalarla müzakirələrin aparıldığını bildirirlər. Amma, müxalifət ərəblərlə koalisiyaya getmək istəmir. 
Göründüyü kimi, Benyamin Netanyahu üçün yeni hökumət formalaşdırmaq asan olmayacaq. Əgər partiyalar arasında razılıq əldə olunmasa, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı yarana bilər. Bu halda Netanyahu yenidən keçid hakimiyyətini qorumağa çalışacaq. 
B. Netanyahunun səs alması əsasən təhlükəsizliklə bağlı məsələlərdən irəli gəlir. 
Lakin müxalifət partiyaları vahid mövqedən çıxış edərək koalisiya yarada və parlament çoxluğunu təmin edə bilsələr, B. Netanyahunun Likud partiyasının hakimiyyətdən getməsi də mümkün ola bilər. Buna görə də İsraildə hökumətin gələcəyi partiyalar arasındakı danışıqlardan və koalisiya razılaşmalarından asılıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31