Gündəm
Əflatun Amaşovun oğlu: "Jurnalist olmaq istəməmişəm"
Sabah Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun 60 yaşı tamam olur. Bu yubiley yaşında, heç şübhəsiz ki, Əflatun Amaşova müxtəlif təbriklər ünvanlanacaq.
Dilqəmin Lapşindən fərqi: Deputatlar Rusiya XİN-ə ETİRAZ ETDİLƏR
Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin vətəndaşı olan Kəlbəcər girovu Dilqəm Əsgərovla bağlı yeni məlumat yayıb. Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktor müavini Artyom Kojin D.Əsgərovla bağlı məsələnin nəzarətdə saxlanıldığını bildirib. XİN rəsmisi qeyd edib ki, rəsmi Moskva azərbaycanın girovun hüquqlarının qorunması üçün əlindən gələni edir.
Maşallah Əhmədovun gətirdiyi daşlarla bağlı DGK-ya sorğu göndərildi
Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.
Putindən İDDİALI AÇIQLAMA: “Bu imkanı qaçırmaq olmaz”
“Dünyada Rusiya silahlarına maraq artır. Bunu yalnız siyasi bəyanatlar deyil, həm də müqavilələrin həcmləri göstərir”. Bunu Rusiya prezidenti Vladimir Putin hərbi-sənaye komissiyasının iclasında bildirib.
"Evə qayıdanda yataqda oğlanla tutdum" - 7 aylıq hamilə arvadını öldürən şəxs
Türkiyənin Kayseri şəhərində 7 aylıq hamilə həyat yoldaşını boğaraq öldürdüyü üçün mühakimə olunan suriyalı Əhməd El H. (24) hakim qarşısına çıxarılıb. Suriyalı şübhəli: "Hadisə günü axşam 19.00 -da evə gəldim. Həyat yoldaşım yemək hazırladı, yemək yedik.
Əflatun Amaşov "Şöhrət" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev Əflatun Amaşovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev bir sıra sahibkarı təltif etdi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bakıda "təcili yardım"ın sürücüsü və tibb bacısı döyüldü - YENİLƏNİB
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasının işçiləri - tibb bacısı və sürücünün dünyasını dəyişən xəstənin yaxınları tərəfindən döyülməsi faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Şeir yazmayan şair
Politoloq: “Beynəlxalq təşkilatlar Ermənistana ciddi təsir etməlidir”
“Ermənistanın hər ilin 24 aprelini özünə “soyqırımı günü” qeyd etdirmək cəhdi hər zaman boşa çıxır, çünki qondarma soyqırımını heç bir ciddi təşkilat və dövlət qəbul edə bilməz”. Bunu politoloq Ramiz Alıyev deyib.
Türkiyədə partlayış: Ölənlər var
Türkiyənin Şırnak vilayətinin Uludərə rayonunda PKK terrorçularının yolda gizlətdiyi partlayıcı qurğu işə düşüb. Ərazidə əməliyyat aparan 2 türk hərbçi həlak olub. Oxşar hadisə Qarsda da qeydə alınıb, 1 hərbçi ölüb, digəri xəsarət alıb. Şırnak və Qarsda antiterror əməliyyatlarına başlanılıb.
Diaspor nümayəndələri ilə görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) və Azərbaycanın Fransadakı Səfirliyinin nümayındələri “Paris Azərbaycan Evi”nin rəhbərliyi ilə birgə Fransanın Nant şəhərində Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb.
“Günəşli” yatağında yeni quyu qazılır
“Günəşli” yatağındakı 14 nömrəli özüldən 355 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəıbərə görə, “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 3150 metrdir.Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 60 ton neft və 10000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
Allahşükür Paşazadə Finlandiyaya səfər edəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə aprelin 26-da Finlandiyaya səfərə yola düşür. Bu barədə QMİ-dən verilən məlumata görə, səfərdə məqsəd 27 aprel tarixində Helsinki şəhərində keçiriləcək “Multikulturalizm, İslam həmrəyliyi və dinlərarası tolerantlıq: Azərbaycan təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfransda iştirak etməkdir. Azərbaycan Respublikasının Finlandiyadakı səfirliyinin və Helsinki Universiteti nəzdində Aleksanteri İnstitutunun təşkilatçılığı ilə keçiriləcək konfransda Azərbaycan və Finlandiyada fəaliyyət göstərən dini icmaların rəhbərləri, dövlət və hökumət nümayəndələri, parlament təmsilçiləri iştirak edəcəklər.
İŞİD-in qəddar komandiri arvad paltarında tutuldu
İraqın Mosul şəhərində İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlar davam edir. Bölgədən gələn son görüntülərdə İraq polisinin bir İŞİD komandirini tutma anları da var. İŞİD komandiri polis tərəfindən bir evdə qadın geyimində tutulub.














