Gündəm
Müsadirə olunan mallar yandırılaraq məhv edilib
Aprelin 25-də Sumqayıt şəhəri yaxınlığında xüsusi ayrılmış sahədə, müxtəlif vaxtlarda ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən zaman gömrük orqanları tərəfindən saxlanılmış və məhkəmə qərarı ilə müsadirə olunmuş mallar kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.
"Cənab hakim, bunların çoxu əməkdar dələduzluq ustasıdır..." - Çovdarovun məhkəməsi
Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
“Dəli Samir” ləqəbi ilə tanınan kriminal avtoritetdən XƏBƏR VAR
Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silah saxlama və narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Samir Aslanov və hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Fikrət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AŞPA-da Aqramuntun Suriyaya səfəri ilə bağlı dinləmə: "Qəti qərar verəcəyəm"
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının iclasında qurumun sədri Pedro Aqramunt (İspaniya), AŞPA üzvləri Jordi Çukla (İspaniya) və Alen Desteksin (Belçika) Suriyaya səfəri ilə AŞPA-da açıq dinləmələr keçirilir.
Makrondan Qarabağ AÇIQLAMASI: "Maksimum səy göstərəcəyəm"
"Mən Dağlıq Qarabağ münaqişəsinin tamamilə həll olunması üçün maksimum dərəcədə səy göstərəcəyəm". Bunu Fransada keçirilən prezident seçkisinin birinci turunda qalıb gələn iki namizəddən biri - Emmanuel Makron bildirib.
Azərbaycan Yəmənə humanitar yardım göstərib
Aprelin 25-də İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardımın göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə ölkəmizi Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib. İslam həmrəyliyi prinsipinə daim sadiq olan və 2017-cil ili “İslam həmrəyliyi ili” elan edilən Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Donor Konfransı əsnasında humanitar yardım göstərildiyi qeyd olunub.
Azərbaycanlı gənclər Rusiyada ali kino təhsili almağa göndəriləcək
Ümumrusiya Kinematoqrafiya Universiteti (VQİK) ilə danışıqlar nəticəsində bir neçə kino ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bakalavr səviyyəsində rus dilində təhsil almaq üçün cari ildə gənclərin oxumağa göndərilməsi planlaşdırılır. Kinostudiyadan “Olaylar” – a bildirlib ki, Kino və televiziya rejissoru ixtisası üzrə 2, kinooperator 2, animasiya və kompüter qrafikası rejissoru ixtisası üzrə isə 1 yer ayrılıb.
Trabzon şəhərində 2-ci Beynəlxalq Trabzon Ədəbiyyat Festivalı
Türkiyənin Trabzon şəhərində 2-ci Beynəlxalq Trabzon Ədəbiyyat Festivalı (UTEF) başlayıb. “Yol və məkan” adlı bu tədbirlər silsiləsi bir neçə gün davam edəcək.
Bu ilin ilk rübündə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2017-ci ilin birinci rübündə istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb. Onlardan 2 hadisə qrup halında baş verib.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu artır
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” adlı layihə həyata keçirir. Bütövlükdə 2017-ci ili əhatə edən layihə çərçivəsində il ərzində 4 debatın keçirilməsi nəzərdə tutulub və artıq onlardan üçü təşkil edilib. Aprelin 25-də isə növbəti debat Bakı Slavyan Universitetində (BSU) baş tutub.
Mediaya yaradılan şəraitə görə Azərbaycan regionda lider sayıla bilər
Müstəqillik illərindən sonra Azərbaycan bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də özünün uğurlu inkişaf yolunu keçib. Düzdür, müstəqilliyin ilk illərində hər bir istiqamətdə, eləcə də kütləvi informasiya vasitələri ilə iş sahəsində müəyyən problemlər, çətinliklər olub. İttifaqın tərkibindən yenicə ayrılan Azərbaycanda azad söz, müstəqil fikir və ifadə azadlığına ciddi zərurət yaransa da, lakin o zamankı yerli rəhbərlik bu kimi demokratik prinsipləri qətiyyən yaxına buraxmır, bir növ fikir, söz azadlığı, plüralizmi özünün bir nömrəli düşməni hesab edirdi. Ancaq hadisələr qeyd edilən istiqamətə doğru cərəyan edirdi və bu qarşısıalınmaz bir prosesə çevrilirdi. Çünki müstəqil bir respublikanın fikir, söz, ifadə azadlığı, plüralizmə ciddi yanaşması, onların inkişaf etdirilməsində maraqlı olması zəruri idi.
Ermənistan hökumətinin binası yenidən mühasirəyə alındı
Bu səhər Yerevan yarmarkalarının vergilərdən narazı tacirləri yenidən Ermənistan hökumətinin binası qarşısına toplaşıblar. Onları baş nazir Karen Karapetyan qəbul etməli idi. Etirazçılar israr edirlər ki, onları mütləq məhz baş nazir qəbul etməli və dinləməlidir. Əks təqdirdə, onlar etiraz aksiyalarını müsbət cavab alana qədər davam etdirəcəklərini bildirirlər. Virtualaz.org erməni KİV-ə istinadən xəbər verir.
“Müharibəyə hazırıq!” - ABŞ-dan SİQNAL
“Aegis” erkən xəbərdarlıq sistemləri ilə təchiz edilmiş ABŞ-ın və Yaponiyanın hərbi gəmiləri Şimali Koreyanın ballistik raketlərinin zərərsizləşdirilməsi üzrə təlimlər keçirib.
ABŞ İranı dağıtmaq üçün 20 bomba hazırladı - Yalvarsa da, İsrailə vermir
Aprelin 13-də ABŞ Hərbi Hava Qüvvələri tərəfindən ilk dəfə döyüş şəraitində “bütün bombaların anası”nın tətbiqi Amerika və Rusiya arasında qızğın silahlanma tempini daha da sürətləndirdi.
Mağazanı qarət edən şəxslər tutulublar
Aprelin 23-də rayon ərazisindəki mağazalardan birindən 350 manat pul və ərzaq məhsulları oğurlanıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli bilinən Səngəçal qəsəbə sakinləri Elşad Quliyev, Bayram Kərimov, Eldəniz Quliyev və qardaşı Adil tutulublar. Araşdırma aparılır.














