Gündəm

Evlərə qənim kəsilən 2 yeniyetmə saxlanıb

25 Aprel 2017 15:59

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 3-də rayon ərazisindəki evlərdən birindən 2500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakinləri olan 2 yeniyetmə saxlanılıb. DİN-dən verilən məlumata görə, ətraflarında aparılan tədbirlərlə onların daha 2 evdən pul, sənəd, inşaat materialları və təmir-tikinti alətləri oğurlamaları da müəyyən edilib. 

Binəqədidə cinayətkar dəstə zərəsizləşdirilib

25 Aprel 2017 15:59

Binəqədi rayonunda oğurğuq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də rayon ərazisindəki evlərdən birindən 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Kamran Xələfov, Balakən rayon sakini Elmir Bayramov və Saatlı rayon sakini Nazim Bayraqdarov tutulublar. Araşdırma aparılır.

Əli bəy Hüseynzadə və Xəlil Rza Ulutürk yad edildi

25 Aprel 2017 15:58

Lənkəranda AMEA Rəyasət Heyəti, A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda keçirilən IV Beynəlxalq elmi konfransın iştirakçıları Salyan şəhərində Əli bəy Hüseynzadənin abidəsini ziyarət ediblər. Akademiyadan “Olaylar” – a bildirilib ki, iştirakçılar  türk dünyasının böyük mütəfəkkirinin xatirəsini ehtiramla yad ediblər.

Alt geyimində gizlətdiyi həb aşkara çıxarıldı

25 Aprel 2017 15:56

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama keçirilib. Yoxlama nəticəsində, vətəndaşın alt geyimində 3 ədəd paketdə 300 ədəd metadon adlı həb aşkar edilib.

7000 ədəd siqaret aşkar edilib

25 Aprel 2017 15:55

Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı avtomobilin ayaqaltı hissəsindən 5700, günlük hissəsindən 400, arxa səsgücləndiricilərindən 500, hava filtri boşluğundan 400 ədəd olmaqla, ümumilikdə 7000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Metro gecə saat 2-yə qədər işləyəcək

25 Aprel 2017 15:54

Bakı Metropolitenində İslam Həmrəyliyi Oyunlara hazırlıq işləri yekunlaşmaq üzrədir. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bununla bağlı Bakı metropolitenində əvvəlcədən xüsusi tədbirlər planı hazırlanıb və təsdiq olunub.IV İslam Həmrəyliyi Oyunları ərəfəsində metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

İsmayıllı-Şəki avtomobil yolu təmir olunur

25 Aprel 2017 15:53

“Azəravtoyol” ASC payız-qış mövsümündə yağan yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.

Ermənistan hökumətinin binası yenidən mühasirəyə alındı

25 Aprel 2017 15:49

Bu səhər Yerevan yarmarkalarının vergilərdən narazı tacirləri yenidən Ermənistan hökumətinin binası qarşısına toplaşıblar. Onları baş nazir Karen Karapetyan qəbul etməli idi. Etirazçılar israr edirlər ki, onları mütləq məhz baş nazir qəbul etməli və dinləməlidir. Əks təqdirdə, onlar etiraz aksiyalarını müsbət cavab alana qədər davam etdirəcəklərini bildirirlər. 

Rayona göndərilmiş müəllimənin zorlanması ilə bağlı yeni xəbər

25 Aprel 2017 15:48

Keçən ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində orta məktəb müəlliməsinin oğurlanması və cinsi təcavüzə məruz qalması faktı ilə bağlı məhkəmə prosesi başlayıb.

Seneqalda qayıq aşdı: 17 ÖLÜ

25 Aprel 2017 15:46

Seneqalda balıqçı qayığının batması nəticəsində 17 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. Qəza zamanı qayıqda azı 60 nəfər olub. Digər balıqçıların xilas edilməsi barədə məlumat verilib. Hadisə ilə əlaqədar ölkədə 3 günlük matəm elan olunub.

Hərbi icmalçı: “Onların türk düşmənçiliyi göz qabağındadır”

25 Aprel 2017 15:43

“Beynəlxalq təşkilatlar və dünyanın iri dövlətləri Ermənistandan, qondarma erməni soyqırımı iddialarından öz məqsədləri üçün istifadə edirlər. Bu həmin Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edilir”. Bunu  hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Cəmil Quliyev növbəti dəfə İTV-nin baş direktoru seçilib

25 Aprel 2017 15:39

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilib. MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovun verdiyi məlumata görə, iclasda Yayım Şurasının üzvləri tərəfindən İTV-nin baş direktorunun seçilməsi prosesi keçirilib. O qeyd edib ki, Yayım Şurasının qərarı ilə Cəmil Quliyev növbəti dəfə İTV-nin baş direktoru seçilib.

Azərbaycanda güclü küləklər intensivləşib

25 Aprel 2017 15:37

Azərbaycanda küləklərin sürəti azalsa da, intensivliyi və təkrarlanmasında artım müşahidə edilir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov  bildirib ki, getdikcə güclü küləklər tez-tez təkrarlanır, ölkəyə isti hava kütlələri daha çox daxil olur. Bu da iqlim dəyişmələri ilə əlaqədar proseslərdən biridir: “90-cı ildən sonra küləklərin intensivliyi daha çox qeydə alınır. Məsələn, əvvəllər 10 ildə 2 dəfə güclü külək əsirdisə, indi 10 ildə 4-5 dəfə olur”.

AŞPA Türkiyənin monitorinq altına alınmasına qərar verib

25 Aprel 2017 15:36

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasının bugünkü plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi müzakirə olunub.

Lavrov: "Biz ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək təşəbbüsünü görürük"

25 Aprel 2017 15:34

"Biz ATƏT tərəfdən Dağlıq Qarabağ, Denstryanı münaqişələrin həllinə yardım etmək təşəbbüsünü görürük". Bu sözləri Rusiya xarici işlər naziriSergey Lavrov ATƏT-in baş katibi Lamberto Zanyerlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.