Gündəm

Mühasib xanım müdirıni niyə öldürdü?

25 Aprel 2017 15:32

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda Baş prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

MTN generallarının məhkəməsində zərərçəkmiş şəxs ifadə verib

25 Aprel 2017 15:30

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Akif Əlizadə “YT Park” – da

25 Aprel 2017 15:28

AMEA – nın Yüksək Texnologiyalar Parkında elmin kommersiyalaşdırılması istiqamətində mühüm işlər görülür. Akademiyadan “Olaylar” -  abildirilib ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə həyata keçirilən yeniliklərlə tanış olmaq məqsədilə “YT Park”da olub. Müasir tələblərə cavab verən məhsulların istehsal şəraitinə və hərbi təyinatlı layihələri həyata keçirmək üçün yaradılan laboratoriyalara baxış keçirib. Akademik Akif Əlizadə tədqiqat nəticələrinin yüksək elmtutumlu texnologiyalara transferi və hərbi təyinatlı yüksək texnologiyaların işlənilməsi istiqamətində “YT Park”ın fəliyyətini uğurlu nəticə kimi qiymətləndirib.

Qaytarılan ƏDV-nin statistikası açıqlandı

25 Aprel 2017 15:26

Ticarət festivalının başlanmasından ötən iki həftə ərzində, yəni 2017-ci il aprel ayının 10-23 tarixlərində ticarət festivalı çərçivəsində alınmış mallara görə 172 obyektdə 8358 elektron vergi hesab fakturası tərtib edilib, onlardan da 7902-si Vergilər Nazirliyinin ƏDV köşklərində təsdiqlənib. Təsdiqlənmiş hesab fakturaların 7397-si Azərbaycan vətəndaşları, 505-i isə əcnəbilər tərəfindən təqdim olunub.

Namizədlərin sənəd qəbulu mayın1-də başa çatır

25 Aprel 2017 15:24

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, kadr korpusunun şəffaf üsullarla yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil gənc mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə mart ayının 10-dan etibarən elan olunmuş növbəti müsabiqədə iştirakla bağlı 600-dən çox namizəd ərizə təqdim edib.

Daha bir azərbaycanlı İnterpola verildi

25 Aprel 2017 15:22

İnterpol daha bir azərbaycanlını axtarışa verib.  1959-cu ildə Sumqayıt şəhərində anadan olan Şahin Abdullayev oğurluqda təqsirləndirilir.

Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır

25 Aprel 2017 15:23

SSRİ niyə süqut etdi? Bu geosiyasi kataklizmə təkan verən, onu şərtləndirən hansı mexanizmlər olub? Konkret olaraq hansı şəxsiyyətlər və təşkilatlar nəhəng dövlətin dağılmasından yararlanmağa çalışırdılar? Bu suallar indiyədək milyonlarla insanı düşündürür və onlara cavab vermək bugünkü Rusiyanın çoxsaylı zərbələrə sinə gərə bilməsi üçün vacibdir.

"Başqasına verirdilər, mən də onunla qaçdım" - Sevgilisi öldürülən qız qardaşına od püskürdü

25 Aprel 2017 15:20

Bacısını qaçırdığı üçün dayısı oğlunu öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin məhkəməsi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Qəmbər Quliyev dindirilib. O, təqsirləndirilən şəxsin atası olduğunu deyib: "Ölən də mənimdir, öldürən də mənim. Mahir də qaynımın oğludur. Hadisələrin bura gələcəyinə inanmazdım. Qız qaçandan sonda hamı sakit durdu. Nurlan isə bağışlaya bilmirdi. Deyirdi ki, bacı mənim qeyrətimdir. Namusunun kirləndindiyini deyirdi. Oturub onunla saatlarla söhbət elədim. Deyirdim, işin olmasın qohumuq". 

“Barama Hackathon 2017” layihəsinin qalibləri açıqlandı

25 Aprel 2017 15:12

Azercell Telekom MMC və PAŞA Bank-ın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin gənc proqramçılar üçün təşkil etdiyi təlim və yarış xarakterli “Barama Hackathon 2017” layihəsinin qalibləri açıqlanıb. 25 aprel  tarixində baş tutan mükafatlandırma mərasimində hər bir komanda 5 dəqiqədən çox olmayan müddət ərzində hazırladıqları resursları münsiflər heyəti qarşısında təqdim ediblər. Xatırladaq ki, developerlərə təqdim olunan bu dəfəki mövzu – mobil telefonların xüsusiyyətlərindən istifadə edərək yeni mobil tətbiqin yaradılması idi. 22 aprel saat 09:00-da start verilən yarış 36 saat davam edib. Beləliklə, ilk 3 yerin qalibi aşağıdakı komandalar oldu: 1ci yer “The Dev Squad” komandası, 2ci yer “Hello Hackathon 2” və 3cü yer “Semicolon“.

Mikayıl Müşfiq Muğam Mərkəzində anılacaq

25 Aprel 2017 15:09

Aprelin 28 – də Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiqə həsr olunmuş tədbir keçiriləcək. Mərkəzdən “Olaylar” – a bildirilib ki, Muğam Mərkəzinin və Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi çərçivəsində həyata keçiriləcək. Tədbir Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Azərbaycanda orqan və toxumalar bankı yaradılır

25 Aprel 2017 15:08

Azərbaycanda orqan transplantasiyası ilə bağlı bankın yaradılması istiqamətində iş gedir. “Olaylar” xəbər  verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında “Dərman vasitələri haqqında”  qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. 

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər”

25 Aprel 2017 15:08

Bakı Dövlət Universitetində “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda respublika elmi-metodik konfransı keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, konfransda giriş sözü ilə çıxış edən rektor, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Plenar iclasda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın, o cümlədən bölmə iclaslarına təqdim edilən məqalələrin əhəmiyyətindən, İslam dünyasında böyük nüfuza malik olan Azərbaycanın sivilizasiyalararası dialoq məkanına çevrilməsindən danışıblar.

Milli Məclis ilk oldu

25 Aprel 2017 15:07

Azərbaycan Milli Məclisinin foyesində siqaret çəkmək qadağan olunub. “Olaylar” xəbər verir ki, parlamentin foyesində zibil qutuları da yığışdırılıb. Siqaret çəkilməsi üçün foyedən kənarda yer ayrılıb. Artıq, jurnalistlər də daxil olmaqla millət vəkilləri siqaret çəkmək üçün yeni yaradılmış ərazidən istifadə edirlər.

Gözün buynuz qişasının idxalına icazə verildi

25 Aprel 2017 15:06

Azərbaycanda gözün buynuz qişasının transplantasiyasına icazə verilməsi ilə bağlı qanunlara dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dini radikalizmə qarşı mübarizənin yolları müzakirə edilib

25 Aprel 2017 15:01

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qəbələ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Qəbələnin Vəndam qəsəbəsində "Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda tədbir keçirilib.