Gündəm
Mənzillərin otel kimi istifadə edilməsi məsələsi mübahisə yaratdı
Milli Məclisdə Mənzil Məcəlləsinə təklif edilən müvafiq dəyişikliklər müzakirələrə səbəb olub.“Olaylar” xəbər verir ki, dəyişikliyə əsasən mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab ediləcək.
Azərbaycanlı aktyor “Ən yaxşı kişi ifaçısı” nominasiyası üzrə qalib oldu
Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti Rusiya Federasiyasının İvanov vilayətinin Kineşma şəhərində keçirilən “Hərarətli ürək” (“Горячее сердце”) klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında iştirak edib.Teatrdan “Olaylar” – a bildirlib ki, festivalda iştirak edən Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar Artisti Şövqi Hüseynovun əsas rolu ifa etdiyi N.V.Qoqolun “Dəlinin qeydləri” mono- tamaşası A.N.Ostrovski adına Kineşma Dram Teatrının səhnəsində nümayiş etdirilib.
Uşaqların tərbiyyəsini kimə etibar edək?
Hazırda işədüzəltmə bürolarında ən çox tələb olunan işlərdən biri də dayələrlə bağlıdır ki, bu sahədə sözün həqqiqi mənasında nizamsızlıq hökm sürür. Vəziyyət o həddə çatıb ki, işədüzəltmə təşkilatları heç bir tələb, heç bir şərt irəli sürmədən televeriliş iştirakçılarını birbaşa dayə işinə dəvət edirlər.
Dünya birliyi hesab edir ki, Dağlıq Qarabağ problemi sönmüş münaqişədir
Dağlıq Qarabağ problemi ətrafında qeyri-müəyyənlik davam edir. Daha doğrusu problemin həlli missiyasını öz üzərinə götürən vasitəçi dövlətlərin bu istiqamətdə ciddi bir addım atmaması, bunun əksinə müntəzəm olaraq işğalçı ölkənin maraqlarına uyğun açıqmaların verilməsi İrəvanın daha aqressiv mövqe ortaya qoymasına gətirib çıxarır. Bir müddət əvvəl Ermənistanın işğal altında olan Ağdam rayonunda hərbi təlimlər keçirməsi, paralel olaraq İrəvandan Bakını təhdid xarakterli bəyanatların verilməsi deyilənləri təsdiqləyir.
Güzəştli mənzil əldə etmək üçün sayılı günlər qalır
Son illərdə Azərbaycan iqtisadiyyatının sürətlə inkişafı bu və ya digər sahələrdə mövcud olan bəzi problemlərin həllinə də öz müsbət təsirini göstərir. Belə problemlərdən biri də mənzilə ehtiyacı olan vətəndaşların mənzillə təmin olunmasıdır. Etiraf etmək lazımdır ki, günümüzdə əksəriyyət ölkə vətəndaşlarının mənzilə ciddi ehtiyacı var. Düzdür, xüsusilə paytaxtda son illərdə kifayət qədər yaşayış binaları tikilib. Lakin həmin binalarda mənzillərin hədən artıq baha olması mənzil arzusunda olanların bu arzularını reallaşdırmaq başlıca maneə rolunu oynayır.
“İslamiada və digər xoşməramlı beynəlxalq tədbirlərin bir töhfəsi də Qarabağ düyününün açılması olacaq”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyinə daxil edilməyən, amma aktuallıq kəsb edən bir çox mövzular ətrafında 50-yə yaxın deputatın qatıldığı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edib. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ictimai-siyasi əhəmiyyətinə toxunan deputat Azərbaycanın son illərdə belə qlobal tədbirlərin müvəffəqiyyətli təşkilində göstərdiyi əhəmiyyətli nümunələrdən danışıb: “May ayında Azərbaycanda mühüm ictimai-siyasi mənası olan beynəlxalq tədbir keçiriləcək. Əslində bu idman yarışıdır və diqqəti həmin hadisənin ictimai-siyasi məğzinə yönəltməyim səbəbsiz deyil.
Avropanın qaçqın düşərgələri deyildiyi kimi “5 ulduzlu” otel təsiri bağışlamır
Avropada oturum - miqrasiya siyasəti bugün aktual mövzulardan biridir. Bu gün əksər ölkələr kimi, Azərbaycandan da bəziləri siyasi təzyiq və ya başqa bəhanələrlə Avropaya, daha çox isə Almaniya və Hollandiyaya mühacirət etmək, həmin ölkələrdən siyasi sığınacaq almaq istəyirlər.
Uşaqları internetin zərərli təsirindən qoruyaq
Son illərdə ölkəmizdə boşanma hallarının artması ciddi narahatlıq doğurur. Bununla bağlı həyata keçirilən məhkəmə işlərinin analizləri göstərir ki, müxtəlif amillərlə yanaşı, sosial şəbəkələrin də boşanmalarda rolu hələ də az deyil. Hesab olunur ki, ailələrdə konfliktli halların artmasında sosial şəbəkələrin rolu böyükdür. Özəlliklə xanımların həyat yoldaşlarının xəbəri olmadan sosial şəbəkələrdən istifadə, qurulan dostluq və digər ünsiyyət sonda ciddi ixtilafa gətirib çıxarır. Eyni zamanda kişilərin də analoji addımları həyat yoldaşları tərəfindən müsbət qarşılanmır.
Rusiya Suriyada xəstəxana partlatdı
Suriyanın İdlib şəhərini havadan bombalı zərbələr endirilib. “Olaylar” “Miliyyet” - ə istinadən bildiri ki, zərbələr İdlib şəhərində yerləşən xəstəxanalara hədəf alıb. Suriya İnsan Haqları qurumunun məlumatına görə xəstəxanaya bombalı zərbələri Suriya və Rusiyaya məxsus təyyarələr tərəfindən həyata keçirilib. 14 nəfərin həlak olduğu, çox sayda insanların yaralandığı bildirlir. Verilən məlumata görə həlak olanlar sırasında xəstəxanada yerləşdirilən xəstələr də var.
Deputat nazirliklərə müraciət etdi
"Azərbaycan Respublikası ərazisində qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin mövcud siyahısı ilə əlaqədar bir fikrimi sizinlə bölüşmək istəyirəm”. “Olaylar”xəbər verir ki, bu sözləri deputat Elmira Axundova Milli Məclisin bugünkü iclasında ölkə ərazisində qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələ və psixotrop maddələrlə bağlı məısələnin müzakirəsi zamanı səsləndirib: “Biz həmin siyahını təsdiq etdikdən sonra bu sahədə mühüm dərəcədə nizam-intizam yarandı. Lakin xəstəliyinə uyğun olaraq bəzi psixotrop maddələrə ehtiyacı olan sıravi vətəndaşlar üçün ciddi problemlər yaranıb. Bununla bağlı seçicilərim mənə dəfələrlə müraciət edərək hətta həkim resepti olanda da bu və ya digər dərmanları ala bilməməkdən şikayət edirlər.
Milli Məclisdə “qara bazar” söhbəti
Milli Məclisin aprelin 25-də keçirilən iclasında “Valyuta tənzimi haqqında” qanun layihəsinin müzakirəsi aparılıb. Müzakirələrdə çıxış edən millət vəkili Elmira Axundova deyib ki,valyuta dəyişmə məntəqələrinin ləğvi barədə deputatlar dəfələrlə qeyd ediblər belə bir addımın atılması bir sıra mənfi hallara səbəb olub: “Valyuta dəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması ilə çoxlu sayda təcrübəli və ixtisaslı insan işsiz qalıb. Bunun əvəzinə Azərbaycanda qara bazar yaranıb və qanunsuz valyuta əməliyyatları kütləvi hal alıb. Yaxşı ki, hökumətimiz vaxtında bunun qarşısını alıb. İkincisi, bu məntəqələrin ləğvi ölkəmizə gələn xarici turistlər üçün böyük çətinliklər yaradır. Çünki istirahət günləri bir çox banklar işləmədiyi üçün xaricilər özləri ilə gətirdiyi valyutanı manata çevirə bilmirlər, əsasən dollar olan həmin vəsait istifadə olunmadan yenidən ölkəmizdən çıxır. Bu isə ölkəyə valyuta axınına çox mənfi təsir göstərir.
“Türkiyəyə qarşı...!” – Terror təşkilatından ÇAĞIRIŞ
Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın Sincar bölgəsində PKK terror təşkilatına qarşı hava əməliyyatı keçirməsi təşkilatın Suriya qanadı olan PYD-də şok effekti yaradıb. PYD-nin həmsədri Saleh Müslim koalisiya güclərini köməyə çağırıb.
YENİLİK: internetdə evlənmək mümkün olacaq
Yaxın gələcəkdə Rusiyada internet vasitəsilə evlənib-boşanmaq mümkün olacaq. Məsafəli evlənmə və ya boşanma vahid dövlət portalında yaradılan “şəxsi kabinet” vasitəsilə baş tutacaq. Evlənmək istəyənlər üçün internet VVAQ-da gün təyin olunacaq, sonra online olaraq nikah kəsiləcək. Eynilə boşanmaq istəyənlər də bu xidmətdən yararlana biləcəklər. Amma bunun üçün kart vasitəsilə xidmət haqqı da ödəniləcək.
Erotik "xalq nağılları", yaxud uşaqlarımız nə oxuyur?
İnternet dövrünün uşaqlarını "Cırtdan"la, "Şəngülüm-şüngülüm"lə, "Tıq-tıq xanım"la aldatmaq mümkün deyil. Onları, ümumiyyətlə, aldatmaq mümkün deyil, müasir uşaqlar daha dolğun, daha həyati ədəbi nümunələr axtarır, orada öz dünyalarını, fantaziyalarını görmək istəyirlər. Lakin kitab mağazalarında satılan uşaq ədəbiyyatı nümunələrinin əksəriyyəti, təəssüf ki, bu tələblərə cavab vermir.
Boksçularımız Ukraynadan 3 medalla qayıdırlar
Ukraynanın Herson şəhərində kişi boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Nikolay Manqerin xatirəsinə hər olunan yarışda Azərbaycanı təmsil edən "Gilan" klubunun idmançıları 3 medal qazanıblar.













