Gündəm
"Kumirim Andrey Şevçenkodur"
"Torino"nun gənc ulduzu Andrea Belotti yerli mətbuata müsahibə verib. İtaliyalı hücumçu bunları deyib: "Mənim üçün buraxılış qiymətimin 100 milyon avro olması əhəmiyyətli deyil. Transfer bazarındakı qiymətlər çox şişirdilir.
“Köhnə maşınların texniki baxışı daha sərt olsun”
Milli Məclisin iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə olunarkən məsələyə deputat Elmira Axundova da münasibət bildirib. “Olaylar”ın məlumatına görə, E.Axundova “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliyi müsbət qiymətləndirib: “Ən azı ona görə ki, mexaniki nəqliyyat vasitələri və onların qoşqularının texniki baxışı qaydaları təkmilləşdirilir. Hesab edirəm ki, mexaniki, xüsusən köhnəlmiş modellərin texniki baxışı daha sərt və ciddi olmalıdır.
Azərbaycanlı alim beynəlxalq simpoziumda
AMEA-nın Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə Türkiyənin paytaxtı Ankara şəhərində elmi ezamiyyətdə olub.
"Müflisləşmə və iflas haqqında" qanuna dəyişiklik edib
Azərbaycan Milli Məclisinin bugünkü plenar iclasında "Müflisləşmə və iflas haqqında" qanuna dəyişikliklər təsdiq edilib.”Olaylar” xəbər verir ki, dəyişikliklərlə bağlı hazırlanan qanun layihəsi müflisləşmə zamanı təyin olunan əmlak inzibatçısının hüquq və vəzifələrini, borclunun kreditorlarının hüquqlarını, müəssisənin sağlamlaşdırma şərtlərini, müflisləşmə zamanı ödənişlərin növbəliliyini, borcluya aidiyyəti olan şəxsləri dəqiqləşdirmək məqsədi ilə hazırlanıb. Dəyişikliklə əmlak inzibatçısının hüquqlarına borc (kredit) müqavilələri bağlamaq da əlavə olunacaq. Borclunun təsərrüfat fəaliyyətini idarə etmək və bu məqsədlə borclunun adından əqdlər, o cümlədən müqavilələr, razılaşmalar və güzəştli sazişlər, habelə borc müqavilələri bağlamaq və ya bağlanılmış əqdlərin icrasını davam etdirmək əmlak inzibatçısının hüququdur.
"Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna dəyişiklik edilib
"Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiq olunub.”Olaylar” xəbər verir ki, dəyişikliklə kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi maddəsinə dəyişiklik edilib və 49.1-ci maddə ləğv edilib.
Vergilər Məcəlləsində dəyişiklik edilib
"Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiqlənib. “Olaylar”ın verdiyi xəbərə görə, layihəni təqdim edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişiklikdə məqsəd beynəlxalq daşıma anlayışının dəyişdirilməsi ilə bağlıdır.
Mətbuat Şurasının sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində keçirilmiş görüşdə nazir Ə.Qrayev MŞ sədrini 60 yaşının tamam olması münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb.
IV İslam Həmrəyliyi Oyunları
Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi etmıək ərəfəsindədir. Söhbət sayca dördüncü dəfə keçirilən İslam Həmrəyliyi Oyunlarından gedir. Məlum olduğu kimi may ayının 12-dən 22-dək paytaxt Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.
Raqif Abbasov: “Ermənistanın ideologiyası faşist düşüncələrinə əsaslanır”
“Azərbaycanın tarixi torpaqları üzərində qurulan Ermənistanın ideologiyası faşist düşüncələrinə əsaslanır. Onların qondarma erməni soyqırımı uydurmaları da dünyanı aldadan yalan ideoloji düşüncədir. Ermənilər bu düşüncədən geri çəkilmək fikrində deyillər. Çünki onlar bu yalanlardan əl çəksələr, Ermənistanın ideoloji aparatı tam iflasa uğrayacaq”. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
Ermənilər ordudakı mövqelərini itirdilər ANALİTİKA
İşğalçı Ermənistanın prezidenti Serj Sarkisyanın “millət-ordu” konsepsiyası ətrafında yeni siyasi dividend qazanmaq cəhdləri ona baha başa oturmaqdadır. Belə ki, artıq bir neçə gündür ki, erməni mətbuatı sözügedən konsepsiya ətrafında politoloq və proqnozçu rəylərinə istinad edərək Sarkisyanın ideyasını sərt şəkildə tənqid edir, bunu yaxın gələcəkdə ölkənin itirilməsi qədər təhlükəli olduğunu yazırlar. Ümumiyyətlə, bütövlükdə götürdüyümüz zaman fakt budur ki, Serj Sarkisyan “millət-ordu” konsepsiyası vasitəsilə 2018-ci il üçün hazırlıq prosesinə başlayırsa, sadə ictimaiyyət, o cümlədən hadisələrə doğru və həqiqət tərəfindən qiymət verməyi bacaran erməni politoloqları həmin vasitəni suverenliyin itirilməsinə tərəf atılan addım kimi qiymətləndirirlər. Və əgər nəzərə alsaq ki, Ermənistan ordusunun ipi məhz Sarkisyanın əlindədir, bu zaman belə qənaətə gəlmək olar ki, xalqdan dəstək almayan Sarkisyan ordu ilə birlikdə bütün mövqelərini itirmək üzrədir.
Politoloq: “Ermənistan qeyri-adekvat bəyanatlarla danışıqları pozur”
“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü mütəmadi keçirilir”. Bunu politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, nazirlərin mayda gözlənilən görüşü də müntəzəm keçirilən görüşlərdən biridir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial məsələlər üzrə ortaq məxrəcə gəlmək çətin məsələdir. Ermənistan tərəfi son aylar ərzində qeyri-adekvat bəyanatları ilə danışıqlar prosesini pozur.
Sevinc Fətəliyeva: "Münaqişələr uşaqlar üçün qorxulu yuxuya çevirilib"
“Son vaxta qədər "müharibə"sözü millətindən və dinindən asılı olmayaraq dünyada hər kəsi qorxudan və dəhşətə gətirən söz idi. Təəssüf ki, bu söz artıq tez-tez işlənən kəlmələrdən birinə çevirilib. Tədricən biz dözümsüzlük, qəddarlıq, düşmənçilik və nifrət kimi anlayışlara alışmışıq". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva AŞPA-nın yaz sessiyasında aparılan sərbəst müzakirələrdə çıxış edərkən deyib.
Marina Durunda bədii gimnastika üzrə Dünya Kubokunda iştirak etməyəcək
Azərbaycanlı gimnast Marina Durunda Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku yarışlarını zədə səbəbi ilə buraxmalı olacaq. Bunu milli komandanın baş məşqçisi Mariana Vasileva təsdiq edib. Milli komandanın lideri bir müddət əvvəl Fransada keçirilən Qran-pridə əlindən zədə alıb.
Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti İranda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinə dair danışıqların aparılması, həmçinin tədbirlərin keçiriləcəyi məkanlara baxış keçirilməsi məqsədilə İranda səfərdədir.
Almaniyada Zərifə Əliyeva ilə bağlı poçt markası buraxılıb
Almaniyada görkəmli oftomoloq alim, akademik Zərifə Əliyevaya həsr olunmuş poçt markası çap edilib. Bu barədə “OLAYLAR” -a məlumatı Almaniyada fəaliyyət göstərən “Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası”nın sədri həmyerlimiz Tengis Sade Baron zu Romkerhall verib. Bildirib ki, onun təşəbbüsü və dəstəyi ilə çap edilən marka akademik Zərifə Əliyevanın ad günün həsr edilib. Çap edilən 5.000 ədəd poçt markası artıq satışa buraxılıb.














