Vergilər Məcəlləsində dəyişiklik edilib
"Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiqlənib. “Olaylar”ın verdiyi xəbərə görə, layihəni təqdim edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişiklikdə məqsəd beynəlxalq daşıma anlayışının dəyişdirilməsi ilə bağlıdır.
25 Aprel 2017 14:14 Sosial"Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiqlənib. "Olaylar"ın verdiyi xəbərə görə, layihəni təqdim edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişiklikdə məqsəd beynəlxalq daşıma anlayışının dəyişdirilməsi ilə bağlıdır.
Dəyişikliklə beynəlxalq daşıma - yük, sərnişin, baqaj və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycanda yerləşən göndərilmə məntəqəsi ilə digər dövlətdəki təyinat məntəqəsi arasında daşınmasıdır.