"Kumirim Andrey Şevçenkodur"
"Torino"nun gənc ulduzu Andrea Belotti yerli mətbuata müsahibə verib. İtaliyalı hücumçu bunları deyib: "Mənim üçün buraxılış qiymətimin 100 milyon avro olması əhəmiyyətli deyil. Transfer bazarındakı qiymətlər çox şişirdilir.
25 Aprel 2017 14:25 İdman"Torino"nun gənc ulduzu Andrea Belotti yerli mətbuata müsahibə verib. İtaliyalı hücumçu bunları deyib: "Mənim üçün buraxılış qiymətimin 100 milyon avro olması əhəmiyyətli deyil. Transfer bazarındakı qiymətlər çox şişirdilir. Kumirim? Andrey Şevçenko. O, əsl çempion, meydandan kənarda da nümunəvi şəxsiyyət idi. İstənilən mövqedən vurduğu qollarla məni heyran edirdi. Müdafiəçilərdən Corco Kyellini, Leonardo Bonuççi ilə mübarizə aparmaq çox çətindir. "Çievo"da çıxış edən Dario Dnielli və Nikolas Spolli də oynamaq çətindir". Goal.az