Politoloq: “Ermənistan qeyri-adekvat bəyanatlarla danışıqları pozur”
“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü mütəmadi keçirilir”. Bunu politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, nazirlərin mayda gözlənilən görüşü də müntəzəm keçirilən görüşlərdən biridir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial məsələlər üzrə ortaq məxrəcə gəlmək çətin məsələdir. Ermənistan tərəfi son aylar ərzində qeyri-adekvat bəyanatları ilə danışıqlar prosesini pozur.
25 Aprel 2017 13:46 Siyasət"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü mütəmadi keçirilir". Bunu politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, nazirlərin mayda gözlənilən görüşü də müntəzəm keçirilən görüşlərdən biridir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial məsələlər üzrə ortaq məxrəcə gəlmək çətin məsələdir. Ermənistan tərəfi son aylar ərzində qeyri-adekvat bəyanatları ilə danışıqlar prosesini pozur.
ATƏT-in Minsk qrupunun üzvləri BMT və digər beynəlxalq təşkilatların çıxardıqları qərarlar əsasında İrəvana təzyiq etməlidirlər. Bununla da Rusiya, ABŞ və Fransa zərər dəymiş beynəlxalq imiclərini düzəltmiş olardılar. Lakin, hal-hazırda beynəlxalq güclər tərəfindən Ermənistana təzyiq istisnadır". Sia.az