IV İslam Həmrəyliyi Oyunları
Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi etmıək ərəfəsindədir. Söhbət sayca dördüncü dəfə keçirilən İslam Həmrəyliyi Oyunlarından gedir. Məlum olduğu kimi may ayının 12-dən 22-dək paytaxt Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.
25 Aprel 2017 14:01 SosialVə onun Azərbaycanda keçirilməsini şərtləndirən amillər
Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi etmıək ərəfəsindədir. Söhbət sayca dördüncü dəfə keçirilən İslam Həmrəyliyi Oyunlarından gedir. Məlum olduğu kimi may ayının 12-dən 22-dək paytaxt Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Yarışlarda 21 idman növü üzrə 57 dövlətin 6000 yaxın idmançısının iştirak edəcəyi gözlənilir. Oyunlara hazırlıq istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan hər zaman olduğu kimi bu dəfəki yarışları da yüksək səviyyədə təşkil edərək daha bir uğura imza atacaq. Buna əminliyimizi ifadə etməklə yanaşı IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsini şərtləndirən amillərə də diqqət çəkmək lazımdır. Bəs görəsən belə bir mötəbər yarışın ölkəmizdə keçirilməsini şərtləndirən başlıca amillər hansılardır? Əvvəlcədən onu qeyd etmək yerinə düşər ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini Azərbaycana həvalə etmək üçün kifayət qədər əsaslar var. İlk növbədə sabitlik. Etiraf etmək lazımdır ki, bu gün İslam dünyasında, müsəlman aləmində, bu coğrafiyaya daxil olan əksər ölkələrdə ictimai-siyasi sabitlik istənilən səviyyədə deyil. Bəzi müsəlman ölkələri Qərbin onlara gətirdiyi "demokratiya"dan dolayı ağır, çətin günlərini yaşayır. Həmin ölkələrdə silahlı qarşıdurmalar, vətəndaş müharibəsi hökm sürür. Bir başqa ölkələrdə isə beynəlxalq terrorizm şəbəkələşib və müntəzəm olaraq həmin ölkələrdə qanlı terror aksiyaları həyata keçirilir. Elə bu günlərdə Əfqanıstanda hərbi bazada həyata keçirilən terror aksiyası bunun əyani sübutudur. Yaxud günümüzdə İraq, Suriya, hətta elə qardaş Türkiyə də beynəlxalq terrorizmin hədəfinə tuş gəlir. Bütün bunlardan fərqli olaraq isə Azərbaycanda sabitlik hökm sürür. Özü də bu sabitlik bütün istiqamətlərdə özünü büruzə verir. Bu gün ölkədə həm siyasi, həm də ictimai sabitlik yüksək səviyyədə təmin olunur. Ölkənin hüquq-mühafizə orqanlarının uğurlu fəaliyyəti nəticəsində bu cür mənfi tendensiyaların Azərbaycanda baş verməsinin qarşısı alınır. Bir qayda olaraq da bu kimi tədbirlərin keçirilməsi məkanı seçilərkən məhz yuxarıda qeyd etdiyimiz amillər birbaşa nəzərə alınır və 2014-cü ilin 24 iyul tarixində Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Asambliyasında oyunların Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.
IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsini şərtləndirən digər bir amil Azərbaycanın bu sahədə yaxşı təcrübəyə malik olmasıdır. Məlum olduğu kimi 2015-ci ildə Azərbaycan ilk Avropa Oyunılarına evsahibliyi edərək onu yüksək səviyyədə təşkil edib. Birinci Avropa Oyunları ərəfəsində yeni idman infrastrukturlarının qurulması, bir çoxlarının müasir standartlara uyğun şəkildə
yenidən qurulması bu kimi mötəbər beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsini mümkün edir. Elə Birinci Avropa Oyunları ərəfəsində nəinki Avropa, eləcə də bütün dünya bunun əyani şahidinə çevrildi. Təkcə idman yarışlarının təşkili deyil, eləcə də bu oyunlara tamaşaçı qismində gələn xarici ölkə vətəndaşları üçün hər bir şəraitin yaradılması da xüusi qeyd edilməlidir. Məhz Birinci Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə təşkili və yaradılan şərait həmin ərərədə ölkədə hər hansı bir insdentin yaşanmaması ilə nəticələndi ki, bu da Azərbaycanın aktivinə yazılan müsbət xallardan idi. Məhz həmin yarışlarla Azərbaycan bir daha nümayiş etdirdi ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Eləcə də Birinci Avropa Oyunlarından sonra Bakının "Formula-1" yarışlarına evsahibliyi etməsi, onun yüksək səviyyədə təşkili də deyilənləri təsdiqləyir.
IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsini şərtləndirən ən mühüm amillərdən biri də ölkəmizdə tolerant mühitin mövcud olması, dini dözümlülüyün, bütün dinlərə eyni münasibətin təmin edilməsi ilə bağlıdır. Elə Birinci Avropa Oyunlarından sonra eyni məkanda IV İslam Həmrəyliyi Oyunlarının keçrilməsi Azərbaycanın tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. Bu gün ölkəmizdə bütün dinlərin nümayəndələri azad, müstəqil şəkildə fəaliyyət göstərir, onlar üçün dövlət səviyyəsində hər bir şərait yaradılır. Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır və Azərbaycanda bütün xalqların, dinlərin nümayyəndələri rahat bir ailə kimi yaşayır. Bu gün Azərbaycan məhz bu xüsusiyyətlərinə görə də bütün dünyaya, o cümlədən İslam aləminə bir nümunə kimi göstərilir. Bunun ən bariz nümunəsi isə keçən illərdə Azərbaycanda indiyə qədər heç bir ölkədə müşahidə edilməyən vəhdət namazının qılınması oldu.
IV İslam Həmrəyliyi Oyunları bir daha sübut edəcək ki, Azərbaycan İslam aləminin bir parçasıdır və burada tolerantlıq mühiti ən yüksək səviyyədə təmin edilir. Bu həm də Azərbaycanın uğurlarını istəməyən, islamofob qüvvələrə ən tutarlı cavab olacaq. Hər şeydən önvə isə IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın timsalında İslam həmrəyliyini gücləndirəcək.
S.İsmayılbəyli