Gündəm

İdarəetmə sistemində yeni struktur yaradılır

25 Aprel 2017 13:34

Azərbaycanda "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik edilib. “Olaylar” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.Layihəyə əsasən, idarəetmədə yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılır.

Avtomobillərin texniki baxışdan keçirilməsi qaydaları dəyişdirilir

25 Aprel 2017 13:33

Milli Məclisin aprelin 25-də keçirilən plenar iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.”Olaylar” xəbər verir ki, layihəyə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək.

Yaşayış evlərinin mehmanxana kimi istifadə edilməsi mümkün olacaq

25 Aprel 2017 13:32

Parlament Mənzil Məcəlləsinə dəyişiklik edib. “Olaylar” xəbər verir ki, Azərbaycanda çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsi mümkün olacaq.Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Mənzil Məcəlləsinin 20-ci (Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri) maddəsində dəyişiklik təklif edilib.

Ata canlı yayımda 11 aylıq qızını öldürüb intihar etdi - Xəyanətə görə

25 Aprel 2017 13:30

Ata özünü və 11 aylıq qızını Feysbuk-un canlı yayımında öldürüb. O, bunu sevgilisi ilə dalaşdıqdan sonra edib. 20 yaşlı Vuttisan Vonqtalay 21 yaşlı sevgilisi Jiranuçu onu aldatmaqda günahlandırıb.

İcraçı direktor: "ÜAK Rusiya Ali Məhkəməsinin müsbət qərarına ümid edir"

25 Aprel 2017 13:26

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsi haqqında şikayəti ilə bağlı Rusiya Ali Məhkəməsinin hökmü mayın 15-də veriləcək. Bunu ÜAK-ın icraçı direktoru İlqar Hacıyev deyib. Onun sözlərinə görə, Konqres tərəfindən məhkəməyə təqdim edilən sənədlər hazırda nəzərdən keçirilir:

"Exchange"lər bərpa edilir - Bəzi neqativlər yox olacaq

25 Aprel 2017 13:23

Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyəti imkan verəcək ki, insanlar asan, sərbəst şəkildə - şənbə, bazar, bayram günlərinə baxmadan gedib pullarını dəyişə bilsinlər. Bu baxımdan, əslində, bir il öncə ləğvinə ehtiyac olmayan məntəqələrin daha tez fəaliyyətə başlamasına ehtiyac var idi.

Qar yağacaq

25 Aprel 2017 13:21

Aprelin 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Rusiyada şir məktəbliyə hücum edib

25 Aprel 2017 13:18

Rusiyanın Saratov vilayətində şir 15 yaşlı məktəbli oğlana hücum edib. Yeniyetmə xəstəxanaya yerləşdirilib. Hadisə ötən gün axşam Engels şəhərində baş verib.

Tramp inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını kəskin azaltmaq istəyir

25 Aprel 2017 13:16

ABŞ prezidenti Donald Tramp inkişaf etməkdə olan ölkələrə ayrılan maliyyə yardımını kəskin azaltmaq istəyir. Ağ Ev administrasiyasının büdcə təklifi xarici yardımın üçdə birinin ixtisarını nəzərdə tutur. Dövlət katibliyinin 15 səhifəlik sənədinə əsasən inkişaf etməkdə olan olan ölkələrə ayrılan maliyyə vəsaiti ABŞ-ın milli təhlükəsizliyi ilə sıx əlaqədə olan sahələrə yönələcək. Bu yardımların çatdırılmasını icra edən ABŞ Beynəlxalq İnkişafa Yardım Agentliyinin (USAİD) dövlət katibliyinə birləşdirilməsi təklif edilir.

Mariya Zaxarova: “Qəlbimiz erməni xalqı ilə birlikdədir"

25 Aprel 2017 13:14

“Bizim qəlbimiz erməni xalqı ilə birlikdədir”. bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün “Facebook” səhifəsində yazıb.

Burak Özçivit yenidən filmə çəkilir

25 Aprel 2017 13:12

Məşhur türk aktyor Burak Özçivit yenidən filmə çəkilir. Bu barədə məlumatı aktyorun özü şəxsi İnstaqram hesabında verib. Belə ki, Burak Özçivit, Murad Boz və Aslı Enverin baş rolları paylaşdığı "Kardeşim benim" filminin 2-cisi çəkilir. Filmin çəkilişlərinin yayda başlayacağı ehtimal olunur. 

Ermənistanda hərbi hissə yanır

25 Aprel 2017 13:10

Ermənistanda yerləşən hərbi hissələrdən birində yanğın başlayıb. Yanğın bu gün saat 09:23 radələrində Armavir vilayətinin Üçmüədzin şəhərinin "N" saylı hərbi hissənin cəbhəxanasında qeydə alınıb.

“Yaşıl adamlar” heç bir maneəyə rast gəlmədən Litvaya soxuldu, “xalq respublikası” elan edildi...

25 Aprel 2017 13:09

Litvada bu günlərdə keçirilmiş və “yaşıl adamlar” kimi tanınan Rusiya xüsusi təyinatlılarının ölkə ərazisinə qəfil müdaxiləsinin qarşısını almağa yönəlmiş təlimlər iflasla nəticələnib, ciddi qalmaqala səbəb olub. 

“Olympus” şirkəti Yasamalda 2 evi qəfildən sökdü: sakinlər yolu bağladılar

25 Aprel 2017 13:07

Bakıda tikinti şirkəti 6 ailəyə məxsus evi söküb. Sakinlər etiraz əlaməti olaraq yaxınlıqdakı yolu bağlayıb.

"Vətəndaşların müraciətləri haqqında" qanuna dəyişiklik edilir

25 Aprel 2017 13:01

Milli Məclisin aprelin 25-də keçirilən iclasında "Vətəndaşların müraciətləri haqqında" qanuna 9.2-1-ci maddənin əlavə edilməsi müzakirə olunub. “Olaylar”ın məlumatına görə, təklif olunan maddəyə görə, barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz. Layihə səsə qoyularaq qəbul edilib.