Gündəm
“İkinci Qəndil” darmadağın edildi
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Sincar bölgəsində PKK terror təşkilatına qarşı hava əməliyyatı təşkil edib.
Korrupsiya barədə məlumat verən dövlət tərəfindən qorunacaq
Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə əlavələr müzakirə olunub. “Olaylar” xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.Təklif edilən 594-2-ci maddədə bildirilir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması; Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni konfidensiallığı təmin edilməli olan korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs barədə məlumatın açıqlanmasına;Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna verdiyi məlumatla bağlı hədə-qorxu gəlmə, təzyiqlərə məruz qoyma, təhqir etmə və ya maddi zərər vurmasına görə 800 manatdan 1300 manatadək məbləğdə cərimə ediləcək.Bildirilir ki, yuxarda nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Layihə səsə qoyularaq qəbul edilib.
Azərbaycan XİN "İndependent" vasitəsi ilə cavab verdi
"İndependent" qəzetində 20 aprel tarixində dərc edilmiş "Dağlıq Qarabağ respublikasında futbol və ümid - unudulmuş region FİFA-nın sanksiyalarına qarşı" adlı məqaləyə etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin cavab məqaləsi çap edilib.
Cərimələrlə bağlı qanun layihəsi gündəlikdən çıxarıldı
Milli Məclisin növbəti plenar iclası başlayıb.”Olaylar” xəbər verir ki, gündəliyi elan edən spiker Oqtay Əsədov bildirib ki, gündəliyin 17-ci məsələsi (Cinayət Məcəlləsində cərimələrin qaldırılması ilə bağlı dəyişikliklər) olan layihə təşəbbüs edən tərəf tərəfindən geri çağırılaraq gündəlikdən çxıarılıb.
"ASAN xidmət" mərkəzində “Tütündən imtina səyyar kabineti”
1 saylı Bakı “ASAN xidmət” mərkəzində “Tütündən imtina səyyar kabineti” fəaliyyətə başladı. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və ASAN Könüllüləri Təşkilatı ilə birgə təşkil olunan ictimai aksiya 3 gün davam edəcək. Nazirlikdən “Olaylar” – a bildirlib ki, bu müddət ərzində 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edən vətəndaşlara İSİM-in həkimləri konsultativ məsləhətlər verəcək, onlara tütündən imtina ilə bağlı yardım göstərəcək.
"Kaman" Anar Yusubun ifasında
Növbəti diaqnostik qiymətləndirməyə start verildi
Aprelin 25-də növbəti diaqnostik qiymətləndirməyə start verilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, diaqnostik qiymətləndirmədə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 12 min nəfərə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də cəlb olunub.
Əməkhaqqından vergi hansı qaydada tutulur?
Ölkədə kart sisteminə keçidlə əlaqədar əməkhaqqından vergu tutulması məsələsi aktuallaşıb. “Olaylar”ın məlumatına görə, fiziki şəxslərdən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı olmaqla iki hissədə vergi tutulur. Fiziki şəxslərin gəlirindən, Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, aylıq gəlir 2500 manata qədər olduqda 14% faiz, 2500 manatdan yuxarı olan hissəsinin 25%-i miqdarında vergi tutulur. Əməkhaqqı 2500 manata qədər olduqda əməkhaqqından ölkə üzrə yaşayış minimumu (155 AZN, 2017-ci il) çıxıldıqdan sonra qalan məbləğdən 14% gəlir vergisi tutulur. İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.
Bakıda polis mayorunu bıçaqlayan dəstəyə cəza - 20 il
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşını bıçaqlamaqda təqsirləndirilən Əli Həsənov və Əhmədyar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıda polis intihar edən şəxsi necə xilas etdi? - Bütün qapılar döyüldü
Bakıda polis əməkdaşının ayıq-sayıqlığı, xidməti vəzifəsinə vicdanla və məsuliyyətlə yanaşması bir insan həyatının xilas edilməsi ilə nəticələnib. DİN-dən verilən əmlumata görə, Sabunçu qəsəbə sakini, 38 yaşlı Şaiq İsgəndərov bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə öz fikirlərini paylaşaraq intihar etmək istədiyini bildirib. O, bu statusu yazandan sonra otağında özünə kəsici alətlə xəsarətlər yetirməyə başlayıb.
Hüquq müdafiəçisi Makedoniya Parlamentində görüş keçirib
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Skopye (Üsküp) şəhərində Makedoniya Respublikasının Məclisini (Parlament) ziyarət edib. “OLAYLAR”-ın xəbərinə görə, hüquq müdafiəçisi Makedoniya Türk Hərəkatı Partiyasınndan millət vəkili olan cənab Enes İbrahimlə görüşüb.
Bakıda sosial aksiya təşkil olunacaq
Aprelin 29-da Bakıda “Məqsədlərə doğru birlikdə!” sosial aksiyası keçiriləcək. Gənclər Təşkilatları Milli Şurasından “OLAYLAR”-a bildirilib ki, aksiya “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası çərçivəsində Gənclər və İdman Nazirliyi, BMT-nin Əhali Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir. Aksiyanın əsas məqsədi BMT-nin qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədləri haqqında gənclər arasında təbliğat-təşviqat aparılması, gənclərin dayanıqlı inkişaf məqsədləri ilə bağlı sosial fəaliyyətlərə cəlb olunması, onların iştirakı ilə inkişaf məqsədləri haqqında mesajların ötürülməsi və onların dayanıqlı inkişaf məqsədlərinə çatdırılmasında rolunun artmasıdır.
Ərdoğan bir çox Avropa ölkəsinə rəsmi səfərə dəvət edilməyəcək
“Avropa ölkələri bir ağızdan deyirlər ki, Türkiyə ilə əməkdaşlıqda maraqlıdırlar, ancaq bu ölkənin prezidenti Rəcəb Təyyub Ərdoğanla münasibətləri istiləşdirmək fikirləri yoxdur”.
Gülənçi olduğu iddia edilən AXCP üzvünün vəsatətləri təmin edilmədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Qıcolma diaqnozu ilə ölən şəxsi "Qazel" vurduğu müəyyən edilib
Aprelin 18-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən Bakı şəhər sakini Şahin Şahmuradov qıcolma diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ş.Şahmuradovun yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib. Aparılan əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsini "Qazel" markalı avtomobillə törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rafiq Həsənov saxlanılıb. .














