Qıcolma diaqnozu ilə ölən şəxsi "Qazel" vurduğu müəyyən edilib

Aprelin 18-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən Bakı şəhər sakini Şahin Şahmuradov qıcolma diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ş.Şahmuradovun yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib. Aparılan əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsini "Qazel" markalı avtomobillə törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rafiq Həsənov saxlanılıb. .

Aprelin 18-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən Bakı şəhər sakini Şahin Şahmuradov qıcolma diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ş.Şahmuradovun yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib. Aparılan əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsini "Qazel" markalı avtomobillə törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rafiq Həsənov saxlanılıb.

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31