Əməkhaqqından vergi hansı qaydada tutulur?

Ölkədə kart sisteminə keçidlə əlaqədar əməkhaqqından vergu tutulması məsələsi aktuallaşıb. “Olaylar”ın məlumatına görə,  fiziki şəxslərdən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı olmaqla iki hissədə vergi tutulur. Fiziki şəxslərin gəlirindən, Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, aylıq gəlir 2500 manata qədər olduqda 14% faiz, 2500 manatdan yuxarı olan hissəsinin 25%-i miqdarında vergi tutulur. Əməkhaqqı 2500 manata qədər olduqda əməkhaqqından ölkə üzrə yaşayış minimumu (155 AZN, 2017-ci il) çıxıldıqdan sonra qalan məbləğdən 14% gəlir vergisi tutulur. İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Ölkədə kart sisteminə keçidlə əlaqədar əməkhaqqından vergu tutulması məsələsi aktuallaşıb. "Olaylar"ın məlumatına görə,  fiziki şəxslərdən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı olmaqla iki hissədə vergi tutulur. Fiziki şəxslərin gəlirindən, Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, aylıq gəlir 2500 manata qədər olduqda 14% faiz, 2500 manatdan yuxarı olan hissəsinin 25%-i miqdarında vergi tutulur. Əməkhaqqı 2500 manata qədər olduqda əməkhaqqından ölkə üzrə yaşayış minimumu (155 AZN, 2017-ci il) çıxıldıqdan sonra qalan məbləğdən 14% gəlir vergisi tutulur. İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Milli qəhrəmanların, müharibə əlillərinin, müharibə veteranı adı almış şəxslərin və s. şəxslərin vergi tutulmalı olan aylıq gəliri 400 AZN məbləğində, I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 AZN məbləğində azaldılır.

Məcburi köçkünlər və onlara bərəbər tutulan şəxslərin vergi tutulmalı olan aylıq gəliri 100 AZN məbləğində azaldılır. Himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və ya tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 AZN məbləğində azaldılır.

"Sosial sığorta haqqında" Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3%-i miqdarında məcburi dövlət sığorta haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edək ki, əmək müqaviləsi ilə işləyən hər bir vətəndaş Elektron Hökumət Portalında şəxsi kabinetini yaratmaqla işlədiyi illər ərzində müəssisə tərəfindən onun əvəzinə vergi və DSMF ödənilib-ödənilmədiyini və eyni zamanda illər ərzində ödənilmiş vergi və sosial sığorta haqları barədə məlumat əldə edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31