"ASAN xidmət" mərkəzində “Tütündən imtina səyyar kabineti”

1 saylı Bakı “ASAN xidmət” mərkəzində “Tütündən imtina səyyar kabineti” fəaliyyətə başladı. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və ASAN Könüllüləri Təşkilatı ilə birgə təşkil olunan ictimai aksiya 3 gün davam edəcək. Nazirlikdən “Olaylar” – a bildirlib ki, bu müddət ərzində 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edən vətəndaşlara İSİM-in həkimləri konsultativ məsləhətlər verəcək, onlara tütündən imtina ilə bağlı yardım göstərəcək.

1 saylı Bakı "ASAN xidmət" mərkəzində "Tütündən imtina səyyar kabineti" fəaliyyətə başladı. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və ASAN Könüllüləri Təşkilatı ilə birgə təşkil olunan ictimai aksiya 3 gün davam edəcək. Nazirlikdən "Olaylar" - a bildirlib ki, bu müddət ərzində 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət edən vətəndaşlara İSİM-in həkimləri konsultativ məsləhətlər verəcək, onlara tütündən imtina ilə bağlı yardım göstərəcək.

Aksiya ərzində ASAN könüllüləri hər hansı xidmətlə bağlı müraciət edən və gözləmə müddətində olan vətəndaşlara tütündən imtina kabinetindən faydalanmağa dəvət edəcək, onlara tütünün zərərləri, tütün tüstüsünün təsirindən yaranan xəstəliklər və İSİM tərəfindən hazırlanmış digər maarifləndirici materiallar paylanılacaq.

Aksiya "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya"nın müvafiq bəndlərinə uyğun olaraq həyata keçirilir və əhali arasında tütüncəkmənin əsas risk faktoru olan qeyri-infeksion xəstəliklərin profillaktikasına yönəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31