Bakıda sosial aksiya təşkil olunacaq
Aprelin 29-da Bakıda “Məqsədlərə doğru birlikdə!” sosial aksiyası keçiriləcək. Gənclər Təşkilatları Milli Şurasından “OLAYLAR”-a bildirilib ki, aksiya “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası çərçivəsində Gənclər və İdman Nazirliyi, BMT-nin Əhali Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir. Aksiyanın əsas məqsədi BMT-nin qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədləri haqqında gənclər arasında təbliğat-təşviqat aparılması, gənclərin dayanıqlı inkişaf məqsədləri ilə bağlı sosial fəaliyyətlərə cəlb olunması, onların iştirakı ilə inkişaf məqsədləri haqqında mesajların ötürülməsi və onların dayanıqlı inkişaf məqsədlərinə çatdırılmasında rolunun artmasıdır.
25 Aprel 2017 12:35 SosialAprelin 29-da Bakıda "Məqsədlərə doğru birlikdə!" sosial aksiyası keçiriləcək. Gənclər Təşkilatları Milli Şurasından "OLAYLAR"-a bildirilib ki, aksiya "Gənclər Daha Yaxşı Gələcək Uğrunda" kampaniyası çərçivəsində Gənclər və İdman Nazirliyi, BMT-nin Əhali Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir. Aksiyanın əsas məqsədi BMT-nin qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədləri haqqında gənclər arasında təbliğat-təşviqat aparılması, gənclərin dayanıqlı inkişaf məqsədləri ilə bağlı sosial fəaliyyətlərə cəlb olunması, onların iştirakı ilə inkişaf məqsədləri haqqında mesajların ötürülməsi və onların dayanıqlı inkişaf məqsədlərinə çatdırılmasında rolunun artmasıdır. Gün ərzində davam edəcək aksiya zamanı musiqili proqram çərçivəsində DJ və müxtəlif tanınmış simalar çıxışlar edərək BMT-nin qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədləri haqqında gənclərə çağırışlar edəcək və gəncləri "Həmrəylik lövhəsinə" imza atmağa səsləyəcəklər. Həmçinin, aksiya çərçivəsində mövzu ilə bağlı müxtəlif viktorinalar keçiriləcək və hədiyyələr veriləcəkdir. Aksiya çərçivəsində gənclərə kampaniyanın məqsədlərini əks etdirən yaxa nişanı, kitabçalar, şarlar və digər müxtəlif təbliğat materialları paylanılacaq.