Gündəm

"Başqa yollarla məşhurlaşdım" - Müğənnidən maraqlı etiraf

25 Aprel 2017 12:27

Mətbuat mənsublarının qarşısına çıxan Hande Yener etdiyi açıqlamalarla gecəyə damğasını vurub. Müğənni etdiyi açıqlamada gənclərin artıq internet vasitəsilə səslərini hər kəsə dinlədə bildiklərini, onların zamanında belə bir imkanlarının olmadığını qeyd edib.

İki gün sonra Qarabağ üçün nələr olacaq? - Diplomatik mənbə “RUS PLANI”NI AÇDI

25 Aprel 2017 12:24

Aprelin 27-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu görüş Dağlıq Qarabağ münaqişəsində dalana dirənmiş danışıqların yenidən başlaması istiqamətində mühüm addım ola bilər.

Venesuelada ÜSYAN: ölənlərin sayı 24-də çatdı

25 Aprel 2017 12:22

Venesuelada prezident Nikolas Maduraya qarşı etiraz aksiyaları davam edir. Baş prokurorluğun məlumatına görə, dünən baş verən qarşıdurmalarda daha üç nəfər həlak olub. Bununla da qarşıdurmalarda ölənlərin sayı 24 nəfərə çatıb, yüzlərlə insan yaralanıb.

Komitə sədri: "Aztəhsilli, iqtisadi cəhətdən asılı qadınlar zorakılığa daha çox məruz qalır"

25 Aprel 2017 12:20

"Araşdırmalar göstərir ki, aztəhsilli, iqtisadi cəhətdən asılı olan qadınların zorakılığa məruz qalma faizi daha çoxdur". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriHicran Hüseynova "Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Atəşkəsi pozan erməni əsgər öldürülüb

25 Aprel 2017 12:18

Dağlıq Qarabağda erməni əsgər öldürülüb.  Aprelin 24-də saat 17.50 radələrində atəşkəs rejimini pozan 1997-ci il təvəllüdlü Harek Arutunyan Azərbaycan Ordusunun cavab atəşi ilə məhv edilib. 

Azərbaycanda ibtidai siniflər üçün əlavə yaz tətili başlayır

25 Aprel 2017 12:16

Mayın 1-dən Azərbaycanda ibtidai siniflər üçün əlavə yaz tətili başlayır. 1-5 may tarixlərini əhatə edəcək əlavə yaz tətili ibtidai siniflərə (I-IV sinif şagirdlərinə) şamil olunacaq. Əlavə yaz tətili 5 gün davam edəcək.

Pakistanda partlayış

25 Aprel 2017 12:14

Pakistanda yol kənarında saxlanılan avtomobildə yerləşdirilən  partlayıcı qurğunun patlaması nəticəsində 9 nəfər həlak olub. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Pakistanın Paracinar bölgəsində bir avtobusun partlaması ilə bir qadın, iki uşaq həlak olub. 13 nəfər isə ağır yaralanıb. Yaralılarının xəstəxanaya çatdırılması üçün vertolyot göndərilib. Heç bir terror qruplaşması hadisəni öz üzərinə götürməyib.

“Mənim Azərbaycanım” və “Koroğlu”

25 Aprel 2017 12:13

IV İslam Həmrəyliyi Oyunları günlərində Heydər Əliyev Sarayında Bakı Şoppinq Festivalının açılış mərasimində Dövlət Rəqs Ansamblının iştirakı ilə premyerası keçirilən “Mənim Azərbaycanım” yeni konsert proqramı və “Koroğlu” bir pərdəli milli baleti mayın 20 –də Heydər Əliyev Sarayında nümayiş olunacaq. Saraydan “Olaylar” – a bildirlib ki, konsertin bədii rəhbəri və quruluşçusu Rusiya Federasiyasının Xalq artisti Dikalu Muzakaevdir.

Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın təqdim etdiyi yeni sənədlərin öyrənilməsi üçün məhkəmədən vaxt istəyib

25 Aprel 2017 12:11

Bu gün Rusiya Federasiyası Ali Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası üzrə məhkəmə iclası keçirilib.

""Mançester Yunayted"lə hakimsiz oynamaq istərdim"

25 Aprel 2017 12:08

"Mançester Siti"nin yarımmüdafiəçisi aprelin 27-də "Yunayted"ə qarşı baş tutacaq oyun öncəsi hakimlikdən şikayətlənib. İngiltərə Kubokunun yarımfinalında "Arsenal"a 1:2 uduzan "Siti"nin 1 qolu sayılmamışdı.

Ermənilərə qan udduran yəhudi balası 

25 Aprel 2017 12:07

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür. Yaşasaydı, 48 yaşı tamam olacaqdı. Əslən dağ yəhudilərindən olan Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnib. 1987-ci ildə hərbi xidmətə çağırılan Albert orduda tank komandiri olubr. Daha sonra Vətənə qayıdaraq Suraxanı maşınqayırma zavodunda işləyən Albert Dağlıq Qarabağ müharibəsi başlayarkən könüllü olaraq cəbhəyə yollanıb.

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" - Fransa prezidenti

25 Aprel 2017 12:05

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Bu barədə Fransa prezidenti Fransua Olland uydurma "erməni soyqırımı"nın 102-ci ildönümünə həsr olunmuş anım mərasimində çıxışı zamanı deyib. "Bu münaqişə hər il gənc insanların həyatına son qoyur. Son zamanlar münaqişə daha da kəskinləşib, tez-tez hücumlar baş verir. Düzdür, tərəflər 23 ildən çox müddətdir ki, danışıqlar aparır, lakin biz gərək məsələnin həllini tapaq, çünki status-kvo qəbuledilməzdir. Bu münaqişənin hərbi həlli yoxdur", - deyə səlahiyyət müddəti başa çatmaqda olan prezident söyləyib.  

Rusiya Xəzərdə qəfil təlimlərə başladı

25 Aprel 2017 12:03

Rusiya Xəzər donanmasının gəmiləri Cənub Hərbi Dairəsinin (CHD) qoşun komandanı, general-polkovnik Aleksandr Dvornikovun rəhbərliyi altında döyüş hazırlığının qəfil yoxlanması çərçivəsində dənizə çıxıblar.

DTX-ya yeni səlahiyyət verildi

25 Aprel 2017 12:02

Nazirlər Kabinetinin "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası"nda dəyişikliklər edib.

Cocuq Mərcanlı yolunun tikintisi yekunlaşmaq üzrədir

25 Aprel 2017 11:55

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq strateji əhəmiyyətə malik Cocuq Mərcanlı yolunun “Azəravtoyol” ASC tərəfindən yenidən qurulması işləri sürətlə davam etdirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Cəbrayıl rayonunun Cocuq mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi artıq son mərhələdədir.