Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın təqdim etdiyi yeni sənədlərin öyrənilməsi üçün məhkəmədən vaxt istəyib
Bu gün Rusiya Federasiyası Ali Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası üzrə məhkəmə iclası keçirilib.
25 Aprel 2017 12:11 SiyasətBu gün Rusiya Federasiyası Ali Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası üzrə məhkəmə iclası keçirilib. Prosesdə Ədliyyə Nazirliyinin nümayəndəsi ÜAK-ın təqdim etdiyi yeni sənədlərin öyrənilməsi üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə mayın 15-də davam etdiriləcək.
Qeyd edək ki, Ədliyyə Nazirliyindən bir müddət əvvəl verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib: "Rusiya Ədliyyə Nazirliyitərəfindən həyata keçirilən nəzarət-təftiş tədbirləri zamanı ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğu aşkarlanıb. Rusiya Ədliyyə Nazirliyi "İctimai Təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib". Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib. Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb. Apa.az