Rusiya Xəzərdə qəfil təlimlərə başladı
Rusiya Xəzər donanmasının gəmiləri Cənub Hərbi Dairəsinin (CHD) qoşun komandanı, general-polkovnik Aleksandr Dvornikovun rəhbərliyi altında döyüş hazırlığının qəfil yoxlanması çərçivəsində dənizə çıxıblar.
25 Aprel 2017 12:03 DünyaRusiya Xəzər donanmasının gəmiləri Cənub Hərbi Dairəsinin (CHD) qoşun komandanı, general-polkovnik Aleksandr Dvornikovun rəhbərliyi altında döyüş hazırlığının qəfil yoxlanması çərçivəsində dənizə çıxıblar. Bu barədə CHD-nin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev məlumat verib.
Təlimlərə "Tatarıstan" və "Dağıstan" raket gəmiləri, "Qrad Sviyajsk", "Uqliç" və "Böyük Ustyuq" kiçik raket gəmiləri, "Volqodonsk", "Həştərxan" və "Mahaçqala" kiçik artilleriya gəmiləri və s. cəlb edilib. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31